Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA

Baxış: 81
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA


ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Çin rəhbəri Si Cinpin ilə üçtərəfli sammit keçirmək istəyir.

The Wall Street Journal (WSJ) qəzetinə istinadən xəbər verir ki, sammit dünyanın təsir dairələrinə yeni bölgüsünə gətirib çıxara bilər.

Qəzetin baş məqaləsində mümkün görüş 1945-ci il Yalta Konfransı ilə müqayisə edilir.

Redaksiya məqaləsinə görə, Tramp uzun müddətdir Rusiya və Çinlə genişmiqyaslı razılaşmalar əldə etməkdə maraqlıdır və onun Ukrayna və Avropaya qarşı hazırkı siyasəti daha geniş strategiyanın bir hissəsi ola bilər.

WSJ hesab edir ki, ABŞ-ın Rusiya nefti və dizel yanacağına qarşı sanksiyalarının son zamanlar yumşaldılması Vaşinqtonun Moskva ilə daha geniş bir razılaşma əldə etmək istəyini göstərə bilər.

Qəzet hesab edir ki, bu cür razılaşmalar "NATO-da parçalanmaya, Amerikanın Sakit okeandakı mövqeyini zəiflətməyə və Çinin Tayvana təzyiqini artırmağa" səbəb ola bilər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.