Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avqustda Azərbaycandan pomidor ixracı dayanıb

Baxış: 284
2021-ci ilin 8 ayında (yanvar-avqust ) Azərbaycandan 128 milyon 212 min dollar dəyərində 119 min 104  ton pomidor ixrac olunub. 2021-ci ilin 7 ayında (yanvar-iyul) Azərbaycandan 128 milyon 161 min dollar dəyərində 119 min 40 ton pomidor ixrac olunmuşdu. Beləliklə, avqust ayında ixrac demək olar ki, dayanıb (Avqustda cüzi - 51 min dollarlıq 64 ton pomidor ixrac edilib). 2020-ci ilin avqust ayında da Azərbaycandan pomidor ixracı cüzi olmuşdu.
Sahibkartv.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı 2020-ci ilin 8 ayı ilə müqayisədə 2021-ci ilin 8 ayında dəyər ifadəsilə 23,2%, miqdar ifadəsilə 22,7% azalıb. 2020-ci ilin 8 ayında Azərbaycandan 167 milyon 39 min dollar dəyərində 154 min 119  ton pomidor ixrac edilmişdi.
Rusiyanın Azərbaycandan pomidor idxalına məhdudiyyətlər tətbiq etməsi ixracın düşməsinə səbəb olmuşdur. Rusiyanın məhdudiyyətləri ləğv etməsilə Maydan pomidor ixracı sürətlənmiş, lakin indiyədək ötənilki səviyyələri aşa bilməyib.
İyuldan yenidən pomidor ixracının aylıq həcminin azaldığı müşahidə edilir. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.