Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan və Belarus heyvandarlıqda informasiya sistemlərini müzakirə edib

Baxış: 471
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Belarus Respublikasının "Heyvandarlıqda İnformasiya Sistemləri Mərkəzi"nin məsul şəxslərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
AQTA-nın yaydığı məlumata görə, görüşdə ölkəmizdə heyvan sağlamlığının təmin olunması istiqamətində qurulacaq yeni Heyvanların İdentifikasiyası və Qeydiyyat Sistemi (HİQS) ilə əlaqədar məsələlər müzakirə olunub.
Tədbirdə Belarus Respublikasında istifadə olunan heyvanların identifikasiyası və qeydiyyat sisteminin modulları üzrə, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Belarus Respublikasının “Heyvandarlıqda İnformasiya Sistemləri Mərkəzi” dövlət müəssisəsi arasında Azərbaycan Respublikası ərazisində heyvanların identifikasiyası, qeydiyyatı və izlənilməsi sisteminin yaradılması və tətbiqi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.