
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1 ABŞ dolları və ya 0,7 % azalaraq 140,68 ABŞ dolları təşkil edib.
Hərracların nəticələri məlumatına görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 144,42 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,57 ABŞ dolları və ya 0,42 % azalaraq 134,58 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.



































