Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək

Baxış: 154
Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək


Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə, yəni oktyabrın 22-də növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.

Bu barədə AMB-yə istinadən xəbər verir. Mərkəzi Bank sonuncu dəfə iyul ayının 23-də son bir ildə ilk dəfə olaraq uçot dərəcəsini 7,25%-dən 7%-ə endirib. Sonuncu qərarında, yəni sentyabrın 10-da uçot dərəcəsini sabit saxlayıb.

AMB qeyd edib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar faktiki inflyasiyanın dəyişimi, oktyabrda yenilənəcək makroiqtisadi proqnozlar, eyni zamanda xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir. Proqnozlar yenilənərkən 2025-ci ilin qalan dövrü və 2026-cı il üzrə dövlət xərclərinin gözlənilən dinamikası da nəzərə alınacaqdır.

Xatırladaq ki, Niderlandın ən böyük maliyyə qrupu ING avqust ayının əvvəlində Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini qarşıdakı bir ildə sabit saxlayacağını proqnozlaşdırdığını açıqlayıb. "Fitch Solutions" isə hesab edir ki, AMB oktyabrın 22-si və ya dekabrın 10-da uçot faiz dərəcəsini 0,25% bəndi azaldaraq 6,75% səviyyəsinə endirə bilər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.