Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq

Baxış: 207
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq


"Real" ilə müqavilə danışıqlarını davam etdirən Arda Gülerin hələlik razılığa gəlmədiyi iddia edilir. Planlaşdırılan müqavilənin yekunlaşacağı təqdirdə Türkiyə milli komandasının futbolçunun maaşının ikiqat artacağı bildirilir.
 Lent.az bildirir ki, Arda Gülürin "Real"dakı gələcəyi ilə bağlı müxtəlif xəbərlər yayılmaqda davam edir. İspaniya mətbuatı tərəflərin 2031-ci ilə qədər yeni müqavilə barədə razılığa gəldiyini bildirsə də, "Sky Sports"a əsaslanan xəbərdə danışıqların hələ başa çatmadığı bildirilir.

Xəbərə görə, danışıqlar müsbət irəliləyir və hər iki tərəf müqavilənin uzadılmasını istəyir. Qalan detalları müzakirə etmək və razılaşmanı yekunlaşdırmaq üçün gələn həftə daha bir görüş planlaşdırılır. Bildirilib ki, Premyer Liqa komandalarının marağını cəlb edən milli futbolçunu saxlamaq istəyən "Real" yeni müqavilə üçün daha bir neçə məsələni həll etməlidir.

Məqsəd Arda Gülerin 2029-cu ildə başa çatacaq hazırkı müqaviləsini iki il uzatmaq və 2031-ci ilə qədər qüvvədə saxlamaqdır. Razılaşma əldə olunarsa, futbolçunun maaşının ikiqat artacağı və bonuslarla xalis qazancının 5 milyon avronu keçəcəyi iddia edilir.

Arda Güler bu mövsüm La Liqa və Çempionlar Liqasında ümumilikdə 10 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib. O,  yalnız cəza səbəbindən Çempionlar Liqasında "İnter"ə qarşı oyunu buraxıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.