Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT

Baxış: 72
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT


ABŞ və İsrailin ABŞ-də keçiriləcək ara seçkilərdən sonra İrana yeni hücumlar təşkil etmək üçün konkret planlar hazırladığı iddia edilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The New York Times” qəzeti adı açıqlanmayan ABŞ rəsmilərinə və müzakirələrdən xəbərdar olan mənbələrə istinadən yayıb.

Bildirilir ki, ABŞ müdafiə naziri Pit Heqset bu həftə İsraildə Baş nazir Benyamin Netanyahu ilə görüşərək İrana qarşı mümkün yeni hərbi əməliyyatları müzakirə edib.

Anonim mənbələr ABŞ Prezidenti Donald Trampın bu ay İrana hücumla bağlı qərar verə biləcəyini də iddia ediblər. Mənbələrdən birinin sözlərinə görə, Tramp Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə bütün variantları nəzərdən keçirir.

Bəzi rəsmilər mümkün hücumların benzin qiymətlərinin daha da artmasına yol açmaması üçün neft emalı zavodlarını və digər neft infrastrukturunu hədəf almayacağını ehtimal edirlər.

ABŞ və İsrailin müdafiə rəsmilərinin iddialarına görə, iki ölkə bu ayın əvvəlində də İrana hücum etməyə çox yaxın olub. Lakin Tramp son anda əməliyyatı təxirə salmaq qərarına gəlib.

Anonim danışan hərbi komandirlərdən biri isə hücum planlarının dəfələrlə yenidən nəzərdən keçirilməsinin hərbi planlaşdırıcılar arasında gündəlik qarışıqlıq yaratdığını bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.