Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı

Baxış: 198
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı


Fransada veb-saytların infrastrukturunda geniş istifadə olunan PHP proqramlaşdırma dilində aşkar edilmiş kritik təhlükəsizlik zəifliyinə görə prefekturaların internet səhifələri müvəqqəti olaraq bağlanıb.

 Fransa Daxili İşlər Nazirliyi bildirib ki, kibertəhlükəsizliyə cavabdeh Milli İnformasiya Sistemləri Təhlükəsizliyi Agentliyinin (ANSSI) tələbi ilə nazirliyin bir sıra saytları ehtiyat tədbiri olaraq texniki xidmət üçün oflayn rejimə keçirilib.

Nazirliyin açıqlamasına görə, bu addım PHP-də kritik təhlükəsizlik boşluğunun aşkarlanmasından sonra atılıb. Saytlar bərpa edilənədək vətəndaşlar prefekturaların qərarları, təcili bildirişləri və göstərişləri barədə məlumatları onların sosial media hesabları və elanları vasitəsilə əldə edə bilərlər. Nazirlik texniki yeniləmələrin mümkün qədər tez başa çatdırılması üçün işlərin davam etdiyini bildirib.

Qeyd edək ki, PHP-dəki təhlükəsizlik boşluğu səbəbindən dünyanın müxtəlif ölkələrində, o cümlədən dövlət qurumlarına məxsus çoxsaylı saytlara giriş də qismən və ya tamamilə dayandırılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.