Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu gedişlə Kadini unutduracaq - “Qarabağ”ın yeni adamı

Baxış: 185
Bu gedişlə Kadini unutduracaq - “Qarabağ”ın yeni adamı


Kadi Borgesin gedişindən sonra “Qarabağ”ın sağ cinahında müşahidə olunan problem tədricən həllini tapmaqdadır.

Sportinfo.az xəbər verir ki, “Köhlən atlar”ın yayboyu heyətinə qatmaq istədiyi, lakin “hə”sini sentyabrda aldığı Aleksey Kaşuk artıq özünü göstərməyə başlayıb.

Ukraynalı vinger qol və assist sayındakı məhsuldarlığını get-gedə artırır. Bu gedişlə qış fasiləsinə qədər komandanın ən faydalı oyunçusuna çevriləcək.

“21 nömrə” Premyer Liqada 5 görüşdə şans qazanıb ki, bunların 3-də əsas heyətdə yer alıb, 2-də mübarizəyə sonradan qoşulub.

“Kəpəz”lə “Zirə”nin qapısına qol vurub, “Şamaxı”yla dueldə assist müəllifi olmaqla yanaşı, komandasına penalti qazandırıb.

Uzaqgörən Qurban Qurbanov Kaşukun son həftələrdəki inamlı çıxışını görüb “Bode Qlimt”lə qarşılaşmada ona start heyətində yer verib, 62 dəqiqə meydanda olmasına şərait yaratmışdı.

Lakin Avropa Liqası ilə Azərbaycan Premyer Liqasının səviyyəsi eyni olmadığından, yeni transferin “axsadığı” hiss olunurdu.

Göstərdiyi oyun və məhsuldarlıq Alekseyin “Qarabağ” üçün yararlı olacağından xəbər verir. Emanuel Addaidən fərqli, o, kifayət qədər texnikalı və ağıllı oyunu ilə seçilir. Qurbanovun ondan istədiyi başını işə salmasıdır.

Bu gün üçün ən vacib problemi fiziki hazırlıqsızlığıdır. Daha doğrusu, gözlənilən formada deyil. Bu da özündən qaynaqlanır.

Yayboyu Masazırdan vurub Mərdəkandan çıxan, “Gənclik”dən yenə Mərdəkana gedən ukraynalının istirahəti üstün tutmasının yaratdığı çətinlik indi özünü açıq-aşkar göstərir.

İstənilən effekti verməsi üçün daha bir neçə həftə tər tökməyə məhkumdur. Həm də sıradan məşqlərlə yox, digərlərindən bir qarış çalışmaqla. Fiziki durumunu qaydasına salsa, “Sabah”dakından da faydalı Kaşuk görəcəyik.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.