Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Paris-2024 Qaşım Maqomedov Final mərhələsinə adlayıb

Baxış: 276

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov  paytaxt Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib.
58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda italiyalı olimpiya çempionu Vito Dellakvila ilə üz-üzə gəlib.
Maqomedov hər iki hissədə rəqibindən üstün olub - 9:4, 11:1.
Onun finaldakı rəqibi Cənubi Koreya taekvondoçusu Park Taejoon olacaq. Görüş Bakı vaxtı ilə saat 23:37-də başlayacaq.
Bu nəticədən sonra taekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.