Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ

Baxış: 216
Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ


Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam edəcək.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

"Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar yaranan xüsusi hallarla bağlı Agentliyə və Agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər operativ şəkildə qeydiyyata alınır və təhlillər aparılır. 

Qeyd edirik ki, müraciətlərin həlli ilə bağlı aidiyyəti qurumlarla birlikdə işçi qrup yaradılıb və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə müvafiq addımlar atılır. Şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilsə də,  təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Təhsil müəssisələrində uşaqların təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır. 

İntensiv yağıntılarla əlaqədar olaraq xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə, təhlükə ilə üzləşdikdə isə dərhal aidiyyəti xilasetmə qurumlarının çağırış və tövsiyələrinə riayət etmələrini xahiş edirik" - məlumatda deyilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.