Day, Month 00, Year
00: 00: 00 AM
"Apple" xərçəng riskinə görə məhkəməyə verildi - FOTO

"Apple" xərçəng riskinə görə məhkəməyə verildi - FOTO


ABŞ-də texnologiya nəhəngi "Apple"a qarşı məhkəmə qarşısında iddia qaldırılıb.
Sahibkartv.az xarici KİV-ə istinadla xəbər verir ki, şirkət istehsal etdiyi "Apple watch"un kəmərlərində xərçəngə səbəb olan maddələrdən istifadə etməkdə ittiham edilir.
Qeyd olunur ki, brendə məxsus ağıllı saatların qayışlarında yüksək səviyyədə toksik sonsuz kimyəvi maddələr (PFAS) var.
Belə ki, ABŞ-də müxtəlif brendlərə məxsus 22 saat qayışını sınaqdan keçirildiyi araşdırma aparılıb. Bu zaman həmin saatlardan 15-də PFAS aşkarlanıb. Qeyd edilib ki, saatlardan bəziləri "Apple" istehsalı olub.
Bundan sonra istifadəçilər şirkəti məhkəməyə verib.
"Apple"ın açıqlamasında deyilir ki, istehsal etdikləri ağıllı saatların qayışları flüor elementini ehtiva edən sintetik kauçuk olan "fluoroelastomer"dən hazırlanıb.
İddiaçılar şirkəti fırıldaqçılıqda ittiham edirlər, çünki "Apple watch"un əslində zəhərli olmasından narahatdırlar.
Qeyd edək ki, PFAS-lar 4700-dən çox kimyəvi maddəni ehtiva edən perftorlu və poliftorlu alkil maddələridir. Bunlar həm də “əbədi (sonsuz) kimyəvi maddələr” kimi tanınır, çünki onlar ətraf mühitimizdə və bədənimizə çox davamlıdırlar. Bu maddələr qaraciyərin zədələnməsi, qalxanabənzər vəzi xəstəlikləri, piylənmə, doğuş problemləri və xərçəng kimi xəstəliklərə səbəb ola bilər.
Billurə Yunus


Tarix: 25-01-2025, 17:43 Oxunub: 10


Bölməyə aid digər xəbərlər
27-06-2024, 10:21 Nərimanovda GÜLLƏLƏNMƏ