Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İki ölkədə ABŞ bazalarını vurdular

Baxış: 90
İki ölkədə ABŞ bazalarını vurdular


İran ordusu ABŞ Silahlı Qüvvələrinin İordaniyanın Əl-Əzraq aviabazasında yerləşən kazarmalarına, məişət təyinatlı tikililərinə və anbarlarına dronlarla hücum edib.

“Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bundan əlavə, İran tərəfi Bəhreyndəki Şeyx İsa aviabazasında dislokasiya olunmuş ABŞ hərbi qüvvələrinə qarşı pilotsuz uçuş aparatlarından istifadə etdiyini açıqlayıb. Hücum zamanı anbarların, avadanlıq anqarlarının və ABŞ hərbi təyyarələrinin təmiri üçün nəzərdə tutulan anqarların hədəfə alındığı bildirilir.

Xatırladaq ki, daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə 11-ci zərbə seriyasını həyata keçirib. İran mətbuatı ötən gecə ərzində Təbriz, Bəndər Mahşəhr, Behbəhan və Omidiyyə şəhərlərinin, həmçinin Həmədan ostanının hücumlara məruz qaldığını açıqlayıb. ABŞ Silahlı Qüvvələrinin həmçinin Oman körfəzi sahilində yerləşən Çabahar və Konarək liman şəhərlərinə hücumlar təşkil etdiyi bildirilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.