
Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Moskva vilayətinə hücum edib.
“Bu barədə məlumatı vilayətin qubernatoru Andrey Vorobyov açıqlayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində Elektrostal və Noqinsk şəhərlərində 26 nəfər yaralanıb.
Belə ki, dron hücumu zamanı Noqinskdə neft anbarında, Elektrostalda isə “Wildberries”in anbarında yanğınlar qeydə alınıb.
Ümumilikdə vilayət üzərində 48 dron zərərsizləşdirilib.
Moskva şəhərinin meri Sergey Sobyanin isə bildirib ki, paytaxt istiqamətində ümumi olaraq 370 PUA uçub.







































