Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Lukaşenkodan iddia: Ukrayna özü 2014-cü ildə Krımı Rusiyaya verib

Baxış: 54
Lukaşenkodan iddia: Ukrayna özü 2014-cü ildə Krımı Rusiyaya verib


Ukrayna Krımı 2014-cü ildə könüllü olaraq Rusiyaya təslim edib və bunun uğrunda mübarizə aparmaq üçün heç bir cəhd göstərməyib.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Amerikanın “Newsmax” kanalına müsahibəsində seyib.

“Bu gün Zelenski və Ukrayna hakimiyyəti Krımın Ukraynaya məxsus olduğunu deyirlər... Onlar müharibənin başladığını deyirlər. Müharibə iki tərəfin əlində silahla üz-üzə döyüşməsidir. Ukraynalılar Krımda bir dənə də olsun atəş açmayıblar. Bəs ruslar, necə deyərlər, Krımı işğal edib azad etdikdə niyə atəş açsınlar?” - Lukaşenko bildirib.

Lukaşenko hesab edir ki, 2014-cü ildə baş verənləri təsvir etmək üçün istifadə olunan terminologiya fəlsəfi məsələdir: "Siz “ilhaq edildi” deyə bilərsiniz, “ələ keçirildi” deyə bilərsiniz. Bunların hamısı fəlsəfi bir sualdır. Məsələ bunda deyil. Bəs bu sizin torpağınızdırsa, niyə onu müdafiə etmədiniz? Ukraynalılar Krımı sadəcə ruslara verdilər", - o bildirib.

Lukaşenko əlavə edib ki, Rusiya sadəcə 2014-cü ildə ağıllı hərəkət edərək Krımı müdafiə etməli olanlarla razılığa gəlib aldılar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.