Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qazi baş mütəxəssis vəzifəsinə təyin edildi - FOTO

Baxış: 499
Şəhid ailəsi üzvləri və Vətən müharibəsi qaziləri ilə bağlı "Məşğulluq marafonu” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir qazimizi işlə təmin edib.
Sahibkartv.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Vətən müharibəsində yaralanmış qazi Abbaslı Qurban Azər oğlu Nazirliyin tabeliyindəki "DOST İş” Mərkəzində baş mütəxəssis vəzifəsinə təyin edilib.

Prezident İlham Əliyevin Sərəncamları ilə Qurban Abbaslı "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

O, Türkiyənin Hacettepe Universitetində ali təhsilini başa vurduqdan sonra ötən ilin may ayında həqiqi hərbi xidmətə çağırılıb.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirib, Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.