Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bayden Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verib

Baxış: 322
ABŞ Prezidenti Co Bayden Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verib.
“The Hill”in verdiyi xəbərə görə, Bayden administrasiyası aprelin 26-da Konqresi “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin təxirə salınması barədə məlumatlandırıb.
Bildirişdə ABŞ dövlət katibi Entoni Blinken ediləcək hərbi yardımın Dağlıq Qarabağın nizamlanması ilə bağlı danışıqlara mane olmayacağını və ya Ermənistana qarşı istifadə edilməyəcəyini vurğulayıb.
“ABŞ-ın köməyi ölkəmizin beynəlxalq terrorizmə qarşı səylərini, habelə ABŞ Silahlı Qüvvələrinin və ya koalisiya tərəfdaşlarının beynəlxalq terrorizmə qarşı mübarizə əməliyyatlarına hazırlığını dəstəkləmək məqsədi daşıyır. Eyni zamanda, ABŞ-ın köməyi Azərbaycanın sərhəd təhlükəsizliyi üçün vacibdir”, - deyə bildirişdə E. Blinken təsdiqləyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.