22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
13:00 / 22-11-2024
12:28 / 22-11-2024
12:24 / 22-11-2024
12:10 / 22-11-2024
12:04 / 22-11-2024
11:58 / 22-11-2024
11:54 / 22-11-2024
11:14 / 22-11-2024
11:07 / 22-11-2024
10:05 / 22-11-2024
Prezident İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın İnklüziv sosial inkişaf və sosial təminat üzrə alt İşçi Qrupunun iclası keçirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
Məlumata görə, İşçi qrupun sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində son 17 ildə milli iqtisadiyyatın 3 dəfədən çox artması şəraitində vətəndaş rifahının təminatına xidmət edən mühüm irəliləyişlərə nail olunub.
Xüsusilə sosial ödənişlərin ardıcıl şəkildə dəfələrlə artırılmasına, yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsinə nail olunub.
Nazir ötən dövrdə sosial müdafiə və aktiv məşğulluq proqramlarının, sosial xidmət və reabilitasiya müəssisələri şəbəkəsinin ildən-ilə genişləndiyini vurğulayıb, sosial infrastrukturun müasirləşdirilməsi işlərini qeyd edib.
Bildirilib ki, 2021‒2030-cu illər üçün müəyyən olunmuş Milli Prioritetlərdən biri kimi, bütün bu sosial nailiyyətlər davam və inkişaf etdiriləcək. Bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunması, sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, inklüzivliyin təmin olunması növbəti onilliyin də əsas prioritetləri sırasında olacaq.
İclasda Strategiyanın hazırlanması ilə bağlı görüləcək işlər müzakirə olunub.
Bölməyə aid digər xəbərlər