SON DƏQİQƏ! FHN əhaliyə XƏBƏRDARLIQ ETDİ
Tarix: 10-09-2025, 10:39
/
Baxış: 1 008
Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq həftəsonunadək ölkə ərazisində hava şəraitinin dəyişərək qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır:
"Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır".
Digər xəbərlər
Xəbər lenti
22:11
28-09-2026
28-09-2026
21:48
28-09-2026
28-09-2026
21:18
28-09-2026
28-09-2026
20:43
28-09-2026
28-09-2026
20:33
28-09-2026
28-09-2026
20:16
28-09-2026
28-09-2026
19:44
28-09-2026
28-09-2026
19:34
28-09-2026
28-09-2026
19:14
28-09-2026
28-09-2026
18:51
28-09-2026
28-09-2026
18:32
28-09-2026
28-09-2026
18:31
28-09-2026
28-09-2026
18:21
28-09-2026
28-09-2026
17:49
28-09-2026
28-09-2026
17:33
28-09-2026
28-09-2026
17:17
28-09-2026
28-09-2026
16:53
28-09-2026
28-09-2026
16:23
28-09-2026
28-09-2026
15:46
28-09-2026
28-09-2026
15:30
28-09-2026
28-09-2026
15:17
28-09-2026
28-09-2026
15:00
28-09-2026
28-09-2026
14:20
28-09-2026
28-09-2026
14:00
28-09-2026
28-09-2026
13:16
28-09-2026
28-09-2026
12:08
28-09-2026
28-09-2026
11:47
28-09-2026
28-09-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Kənd təsərrüfatında ağıllı su həlləri yeni bizneslər yaradır
28-09-2026 22:11
/
1 152
Əkinçilik kənd təsərrüfatının görünməyən əsas gücünə çevrilir
28-09-2026 21:48
/
666
Torpaqla işləyən sahibkar niyə gələcəyini daha rahat qurur
28-09-2026 21:18
/
675
Kənd təsərrüfatında uğurun ilk addımı düzgün əkinçilikdir
28-09-2026 20:43
/
981
Əkinçilik kənd iqtisadiyyatının əsas nəfəsidir
28-09-2026 20:33
/
972
Torpağı işlədənlər bazarı idarə etməyə başlayır
28-09-2026 20:16
/
765








































