Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakı Metropolitenində Gedişhaqqını üztanıma ilə ödəyə biləcəyik

Baxış: 141
Bakı Metropolitenində Gedişhaqqını üztanıma ilə ödəyə biləcəyik


Bakı Metropolitenində üz tanıma texnologiyası ilə gedişhaqqı ödəniş sisteminin tətbiqinə dair danışıqlar aparılır.

"Report" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzInTelecom" MMC-nin kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev şirkətin media nümayəndələri üçün keçirdiyi təlimdə bildirib.

Onun sözlərinə görə, hazırda "Azərbaycan Dəmir Yolları" QSC ilə birgə üz tanıma texnologiyasından istifadə edərək ödəniş sisteminin inteqrasiyasına başlanılıb.

F.Fərəcullayev bildirib ki, paralel olaraq Bakı metrosunda oxşar mexanizmin tətbiqi imkanları müzakirə olunur: "Belə bir sistemin yerüstü nəqliyyatda - avtobuslarda tətbiqi hava şəraiti, işıqlandırma, kameraların keyfiyyəti və digər texniki amillər kimi bir sıra çətinliklərlə bağlıdır. Buna görə də əvvəlcə sınaqlar keçirmək lazımdır, bundan sonra yekun qərar qəbul etmək mümkün olacaq".


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.