Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Emin Ağalarov dəymiş ziyanı açıqladı: 150-200 milyon dollardır

Baxış: 230
Emin Ağalarov dəymiş ziyanı açıqladı: 150-200 milyon dollardır


“Crocus City Hall”da baş verən terror aktı  nəticəsində dəyən ziyanın həcmi 150-200 milyon dollar təşkil edir.

Bunu “Agalarov Development” şirkətinin prezidenti, “Crocus Group”un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov deyib.

Ağalarov qeyd edib ki, biznes nöqteyi-nəzərindən bu, bütün “Crocus Group”a pis təsir göstərib.

“Terror aktından sonra ərazidəki bütün obyektlərin işi iflic olub və davamiyyət azalıb”, - o qeyd edib.

Konsert zalının tikintisi zamanı sərmayələrin təxminən 70 milyon dollar olduğunu deyən Emin Ağalarov bildirib ki, inflyasiya və dolların məzənnəsini nəzərə alsaq, zərərin təxminən 100 milyon dollar təşkil edəcəyini düşünürəm. 

“Hesab edirəm ki, təqribən bu qədər də  ziyan ticarət mərkəzinin ziyarətçilərini itirməsi nəticəsində dəyib. Ümumilikdə 150-200 milyon dollar ziyan dəyib”, - Ağalarov bildirib.

Qeyd edək ki, 2024-cü il martın 22-də axşam  saatlarında “Crocus City Hall”da terror aktı baş verib və nəticədə 145 nəfər ölüb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.