Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Nəticədə bir yaxşı müəllim azalır, bir pis direktor artır”

Baxış: 180
“Nəticədə bir yaxşı müəllim azalır, bir pis direktor artır”

“Bizim sistemimizdə olan problemlərin həlli uzun yol tələb edir. Məsələn, məktəb direktoru problemini həll etməliyik. Bizim üçün əsas məsələlərdən biri müəssisə rəhbərlərini seçmək, uyğun adamları tapmaq, onları müəssisə rəhbəri təyin etməkdir”.

“Bunu “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

“Hər bir yaxşı müəllimdən mütləq yaxşı direktor çıxacaq deyə bir şey yoxdur. Mən həmişə deyirəm ki, biz bir çox hallarda yaxşı müəllimlərimizi direktor təyin edirik. Nəticədə isə təhsil sistemi üçün iki mənfi hal olur: bir yaxşı müəllim azalır, bir pis direktor artır. O nöqteyi-nəzərdən çox vacibdir ki, məktəblərimizin idarəetməsində bacarıqlı, vicdanlı, düzgün, savadlı insanlar olsun.

Biz anlayırıq ki, yaxşı direktor üçün mütləq yaxşı direktor müavinlərimiz olmalıdır. Amma problem ondadır ki, biz zaman etibarilə heç direktor müavini seçimimizi də cilalamamışıq. Yaxşı direktor müavini olması üçün yaxşı metodistlər olmalıdır. Yaxşı metodistlər yaxşı müəllimlərdən seçilməlidir”, - nazir əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.