Day, Month 00, Year
00: 00: 00 AM
4 aparıcı beynəlxalq şəbəkənin rəhbərləri Qarabağdadır


Beynəlxalq səyahətçilər Füzuli aeroportuna kommersiya təyinatlı sınaq uçuşu ilə ilk dəfə Qarabağa səfər edib.

30 nəfərdən çox dünya miqyaslı beynəlxalq səyahətçi AZAL-ın Füzuli Beynəlxalq Hava Limanına kommersiya təyinatlı sınaq uçuşu ilə ilk dəfə Qarabağa səfər edib.
1 il əvvəl ağır döyüşlərin getdiyi Füzuliyə məhz şəhidlərin Anım Günündə növbəti sərnişin təyyarəsinin enməsi tarixi Zəfərin daha bir nəticəsi kimi rəmzi məna daşıyır. Bu, bir tərəfdən Azərbaycanın iqtisadi qüdrətini, qısa müddətdə nümayiş etdirdiyi böyük quruculuq potensialını, digər tərəfdən dünyanın biznes və turizm elitasının Qarabağa getdikcə artan marağını ifadə edir.

Səfərdə 11 ölkədən – ABŞ, Böyük Britaniya, Belçika, İsveçrə, Avstriya, Almaniya, İtaliya, İspaniya, Portuqaliya, Polşa və Rusiyadan olan dünya miqyaslı 30-dan çox səyyah iştirak edir. İlk dəfədir ki, dünya səyyahlarını birləşdirən 4 aparıcı beynəlxalq şəbəkənin rəhbərləri Qarabağdadır. Onlar ETIC-in (Extremal Travellers International Congress) sədri Kolja Spöri, MTP-nin (Most Traveller People) rəhbəri Çarlz Veley, TCC-nin (Travelers' Century Club) başçısı CoAnn Şvartz, “NomadMania” Klubunun sədri Harri Mitsidisdir.
Heyətin sırasında tanınmış belçikalı işadamı Patrik Maselis, dünyanın ən çox səfər etmiş səyyahlarından sayılan amerikalı Don Parriş, Portuqaliyanın Altantik Universitetinin təsisçisi Coao Paulo Peyksoto, “The Wall Street Journal”, BBC, “The Hill” yazarı amerikalı jurnalist Deyv Seminara, tanınmış turizm ekspertləri, marketoloqlar da var.
Dünya miqyaslı beynəlxalq səyahətçilər Füzulidən Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək, Ermənistanın törətdiyi daha bir urbisidi, vandalizm və vəhşiliyi öz gözləri ilə görəcəklər, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olacaqlar.
Qarabağdakı dağıntılar və quruculuq işləri ilə yaxından tanış olduqdan, ətraflı məlumat aldıqdan sonra beynəlxalq səyahətçilər onları gətirən təyyarə ilə Bakıya geri dönəcək. Azərbaycana bir neçə günlük səfər çərçivəsində dünya səyyahları ölkənin digər bölgələrində də müxtəlif yerlərdə olacaqlar.


Tarix: 27-09-2021, 08:37 Oxunub: 198


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı