Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"

Baxış: 117
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"


Abşeron rayonunun Xırdalan şəhərində 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz edib.
Oxu.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki mənzillərdən birində baş verib. "Akula Akif" ləqəbi ilə tanınan Akif Məmmədov (soyad şərtidir - red.) yaşadığı küçədə dəmir yığmaqla məşğul olub. O, bir müddət əvvəl tanıdığı qonşusu, 2016-cı il təvəllüdlü oğlana partlayıcı protexniki vasitə verəcəyini bildirib və bu adla uşağı evə apararaq, qapını açarla bağlayıb. Akif əvvəlcə azyaşlıya qarşı seksual xarakterli hərəkətlər, daha sonra təcavüz edib.
Həmin vaxt uşağın anasının oğlunu axtarmasından xəbər tutan Akif onu evdən buraxıb. Azyaşlının valideynləri hadisə ilə bağlı polisə məlumat veriblər. A.Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmə istintaqı zamanı Akif öncə hadisəni boynuna almasa da, sonradan içkili vəziyyətdə olduğunu bildirərək hadisəni etiraf edib: "Cinlərlə savaşırdım, onlar mənim gözümə görünür, mənimlə danışır və narahat edirlər. Özüm dinlə məşğul oluram. Cinlərlə 2017-ci ildən danışıram.

Bu söhbət indi də davam edir və məni çox narahat edir. İçki içib-içməməyimdən asılı olmayaraq, onlar gözümə görünür. Mənə deyirdilər ki, iç, düzələcəksən, amma heç bir xeyri olmadı. Hadisə günü də spirtli içki qəbul etmişdim. Sərxoş olduğum üçün heç nəyi xatırlamıram, cinlər məni yoldan çıxardı".

Məhkəmənin hökmü ilə Akif Məmmədov 17 il azadlıqdan məhrum edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.