Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...

Baxış: 108
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...


Ermənistanda 2027-ci ildən etibarən Qarabağdan köçmüş ermənilər və "müddətli hərbi xidmət"dən tərxis olunan şəxslər üçün yeni məşğulluq proqramının tətbiqi planlaşdırılır.

Proqram çərçivəsində həmin şəxslərə peşə təhsili almaq üçün altı ay müddətinə 250 min drama (685 dollar) qədər vauçer veriləcək.

Vauçerlər Ermənistanın Təhsil Nazirliyinin peşə təhsili proqramlarında istifadə oluna biləcək.

Bundan başqa, sosial baxımdan həssas qruplara aid vətəndaşları işə qəbul edən müəssisələrə gəlir vergisi hesabına kompensasiya veriləcək.

İşə qəbul olunan şəxslər də birdəfəlik maddi yardım alacaqlar. Belə ki, üç ay işlədikdən sonra onlara 100 min dram (273 dollar), bir il işlədikdən sonra isə 200 min dram (546 dollar) ödəniləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.