Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın

Baxış: 81
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın


Böyük Britaniya hökuməti fövqəladə hallara hazırlıq məqsədilə əhaliyə evdə üç günə kifayət edəcək ərzaq və içməli su ehtiyatı saxlamağı tövsiyə edib.

Hökumətin oktyabrın 22-də elan etdiyi “Hazır ol” (“Be Ready”) kampaniyası çərçivəsində vətəndaşlara elektrik enerjisi, su, telefon və internet xidmətlərində yarana biləcək fasilələrə hazır olmaq çağırışı edilib.

Tövsiyələrə uzun müddət saxlanıla bilən ərzaqların və qablaşdırılmış suyun ehtiyatını yaratmaq daxildir. Həmçinin əlavə dəstəyə ehtiyacı olan şəxslərin müvafiq xidmətlər reyestrində qeydiyyatdan keçməsi məsləhət görülüb.

Hökumət bildirib ki, güclü fırtınalar və meşə yanğınları gündəlik xidmətlərin fəaliyyətində fasilələrə səbəb ola bilər. Əhalinin əvvəlcədən hazırlıq görməsi fövqəladə xidmətlərin yükünü azaldaraq onların daha çox yardıma ehtiyacı olan insanlara diqqət yetirməsinə imkan verəcək.

Qeyd edək ki, üçgünlük ehtiyat saxlamaq tövsiyəsi Fransada, İrlandiyada və Niderlandda da tətbiq olunur./Lent.az

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.