14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
Ölkə üzrə koronavirusa yoluxma faktlarının böyük hissəsi (55,1%) yenə də Bakının payına düşür.Oxu.Az xəbər verir ki, bu barədə statistika TƏBİB-in koronavirusinfo.az saytında təqdim etdiyi son məlumatda əksini tapıb.
Belə ki, Bakı ilə yanaşı, koronavirusa yoluxma faktlarının 16,3%-i Abşeronun, 8,4%-i isə Gəncə-Qazax bölgəsinin payına düşür.
Eyni zamanda, koronavirusa yoluxmaların 7,5 faizi Aran zonasında, 5,8 faizi Lənkəran rayonunda, 1,6 faizi Quba-Xaçmaz zonasında, 1,4 faizi Şəki-Zaqatala, 1,2 faizi Dağlıq Şirvan zonasında, 1,2 faizi Yuxarı Qarabağ bölgəsində qeydə alınıb.
Ümumilikdə, əvvəlki rəqəmlərlə müqayisədə yoluxma sayında nisbətən azalma müşahidə edilir. Lakin qrafikdə bu dəfə Naxçıvan Muxtar Respublikasında heç bir yoluxma faktının qeydə alınmadığı göstərilib.
Bundan başqa, Bakı üzrə koronavirusa ən çox yoluxma faktı Binəqədi rayonunda (paytaxt üzrə yoluxanların 12,8 faizi) qeydə alınıb. Ardıcıllığa əsasən, növbəti sıralarda 12,4 faizlə Yasamal, 11,9 faizlə Xətai, 11,8 faizlə Sabunçu, 10,4 faizlə Nəsimi, 8,8 faizlə Nərimanov, 8,7 faizlə Suraxanı, 8,2 faizlə Nizami, 5,7 faizlə Qaradağ, 4,7 faizlə Səbail, 4,2 faizlə Xəzər rayonu yer alır. Koronavirusa yoluxma faktı üzrə ən aşağı göstərici isə Pirallahı rayonunda (paytaxt üzrə yoluxanların cəmi 0,3 faizi) qeydə alınıb.
Aktiv halların ərazi üzrə bölgüsünə görə, Bakıda xəstələrin 57 faizinin, Sumqayıtda 15 faizinin, Abşeronda 6 faizinin, Gəncədə 3 faizinin, Cəlilabadda 2 faizinin, Lənkəranda, Masallıda və Yevlaxda 1%-nin, digər regionlarda isə ümumi olaraq 14 faizinin müalicəsi davam etdirilir.
Ümumi olaraq, ölkə üzrə koronavirusa yoluxanların 54 faizini qadınlar, 46 faizini isə kişilər təşkil edir.
Xatırladaq ki, operativ qərargahın 1 iyul tarixində keçirilən sonuncu brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Naxçıvan Muxtar Respublikasında bu günə qədər 142 nəfərin koronavirusa yoluxduğu barədə məlumat verib. O bildirib ki, Muxtar Respublikada COVID-19-a yoluxan şəxslərdən 126 nəfəri sağalıb, 11 nəfəri vəfat edib, beş nəfər aktiv koronavirus xəstəsinin isə müalicəsi davam edir.
Bölməyə aid digər xəbərlər