Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İnfantinonun getməsi üçün 100 min imza toplandı - FIFA-da böyük skandal

Baxış: 90
İnfantinonun getməsi üçün 100 min imza toplandı - FIFA-da böyük skandal


100 mindən çox insan FIFA prezidenti Canni İnfantino haqqında araşdırma aparılması tələbi ilə petisiya (imza kampaniyası) imzalayıb.
Bu barədə “FairSquare” qeyri-kommersiya təşkilatı məlumat yayıb.

İnfantino vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, siyasi neytrallıq prinsipini pozmaqda və təşkilatın maraqlarını qorumamaqda ittiham olunur. Təqdim olunan ittihamlar arasında ABŞ Prezidenti Donald Tramp ilə yaxın əlaqələr və ABŞ milli komandasının hücumçusu Folarin Baloqunun 2026-cı il Dünya Çempionatındakı diskvalifikasiyasının dayandırılmasında İnfantinonun müəmmalı rolu xüsusi yer alır.

“FairSquare” avqust ayında FIFA Komitəsinə məktub ünvanlayaraq İnfantinonun yeni müddətə namizədliyini irəli sürmək hüququndan məhrum edilməsini tələb edib.

“100 min insanın bu məsuliyyətə cəlb etmə çağırışına imza atması ictimaiyyətin artan narahatlığının bariz sübutudur”, – deyə təşkilatın direktoru Nikolas Makqihan məsələyə münasibət bildirərkən vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl “FairSquare” oxşar şikayətlə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət etsə də, qurum məsələyə baxmaqdan imtina etmişdi. İyul ayında isə İnfantino 4,2 milyard dollar cəlb etməklə FIFA-nın əsas turnirlərinə nəzarət edəcək “FIFA Forward Enterprise” şirkətini yaratmağı təklif etsə də, bu təşəbbüs UEFA, KONKAKAF, Asiya Futbol Konfederasiyası (AFC) və KONMEBOL tərəfindən birbaşa rədd olunmuşdu.(qafqazinfo)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.