Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı

Baxış: 99
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı


Şəkidə “Zipline” əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlanıb.

“Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 8-də rayonun Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq həlak olması barədə Şəki Rayon Prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Bayramov Ucal Asif oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Coşqun Ceyhun oğlu “Zipline” əyləncəsindən istifadə etdikləri zaman kanat sisteminin bərkidildiyi metal konstruksiyanın deformasiyaya məruz qalması nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb və əlavə təhlükəsizlik avadanlığı zədələnib. Nəticədə hər iki şəxs hündürlükdən yerə düşərək hadisə yerində vəfat edib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibbi, texniki-təhlükəsizlik və s. ekspertizalar təyin edilib, eləcə də, digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.

“Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının, o cümlədən başvermə səbəbləri və şəraiti, “Zipline” qurğularının texniki vəziyyəti və istismarının təhlükəsizlik tələblərinə uyğunluğu, eləcə də ona hüquqi qiymət verilməsi üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.

Media nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən hadisə ilə bağlı dəqiqləşdirilməmiş, ictimaiyyətdə yanlış təsəvvür və çaşqınlıq yarada biləcək məlumatların yayılmasından, habelə ibtidai istintaqın normal gedişinə və istintaq sirrinin qorunmasına xələl gətirə biləcək məlumatların paylaşılmasından çəkinmələri xahiş olunur”, - məlumatda vurğulanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.