Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Koronavirusun daha bir simptomu açıqlandı

Baxış: 309
Stomatoloqlar koronavirusun xəstələrin ağız boşluğunda bir sıra iltihabi proseslərə səbəb ola biləcək fərqli xüsusiyyətini aşkar ediblər.Bu barədə “İzvestiya” qəzeti yazıb.
Braziliyalı həkimlər COVID-19-a yoluxduqdan sonra xəstəxanaya yerləşdirilən bəzi xəstələrin dilində xoralar və ləkələrin, həmçinin çatların əmələ gəldiyi barədə müşahidələrini bölüşüblər. Həkimlər bunların koronavirus infeksiyası səbəbindən səhhətin sistematik pisləşməsi nəticəsində meydana gələn ikinci dərəcəli zədələnmə olduğunu bildiriblər.
Koronavirusun oral əlamətləri və simptomları arasında dadbilmə pozğunluğu, qanaxma, kandidoz, travmatik xoralar və dilin, selikli qişanın digər müxtəlif zədələnmələri də göstərilib.
Daha öncə bildirilirdi ki, koronavirusa yoluxmuş və şəkərli diabetdən əziyyət çəkən pasiyentlər ağızlarının tez-tez qurumasından şikayətlənirlər. Bu simptomun infeksiyanı müalicə etmək üçün istifadə olunan dərmanların yan təsiri ola biləcəyi istisna edilmir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.