Day, Month 00, Year
00: 00: 00 AM
Hakan Fidan Bakıya gəlib

11:10 / 18-01-2025

Dayanıqlı Sahibkarlıq

20:00 / 17-01-2025

Metaverse Sahibkarlıq

16:38 / 17-01-2025

Bakıdakı kəskin üfunət qoxusu ilə bağlı götürülən analizlərin nəticələri açıqlandı - RƏSMİ

İyulun 6-da axşam saatlarında Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı ETSN-nin mütəxəssisləri tərəfindən su nümunəsi üzərində aparılan monitorinq və analizlərin nəticələri məlum olub.Bunu Oxu.Az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev deyib.
O qeyd edib ki, nəticələrə görə nümunə yaşılımtıl rəngli və bataqlıq qoxuludur, codluğu 1.8,  xlorid ionu 15.5, ammonium ionu 5.3, sulfat ionu 2.5 dəfə çoxdur. Ümumilikdə, ionlar normadan 11.6 dəfə çox qeydə alınıb. 
V.Əliyev bildirib ki, “Sobsan” fabrikində baş vermiş yanğın zamanı yaranmış tullantıların da Böyük Şor gölünə axıdılması ehtimal olunur və bununla bağlı araşdırmalarımız davam edir. 
Son günlər Bakı şəhəri, Abşeron yarımadasında yüksək temperaturun, durğun hava şəraitinin müşahidə edilməsi də iy-qoxunun daha da kəskinləşməsinə səbəb olub.


Tarix: 7-07-2020, 13:41 Oxunub: 145


Bölməyə aid digər xəbərlər
10-07-2020, 12:53 Sabah yağış yağacaq