17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
Tibbdə ilk dəfə olaraq, iflic olmuş və nitq qabiliyyətini itirmiş insanlar üçün çox vacib çarə olacaq kəşf rəsmiləşməkdədir.
Sahibkartv.az xəbər verir ki, Kaliforniya Universitetinin neyrocərrahları danışa bilməyən şəxslərin beyin dalğalarından istifadə edən və onların demək istədiyi söz və ya cümləni kompüter ekranında əks etdirən cihazın tətbiqinə başlayıb.
Fəaliyyət qabiliyyəti məhdud insanların beyin dalğalarından istifadə edərək, onların hərəkətini asanlaşdırmaq hazırda ciddi tədqiq olunan sahədir. Həmin şəxslər beyində müəyyən hərəkətləri canlandırır, süni intellektə əsaslanan protez isə xüsusi siqnallar vasitəsilə həmin hərəkətləri etməyə, məsələn, əllə görüşməyə və ya stəkanı qaldırıb su içməyə yardım edir.
Doktor Edvard Çanqın komandası isə ilk dəfə olaraq “nitq neyroprotezi” ixtira edib. Bu cihazın köməyi ilə səs sistemini, çənə əzələlərinin, dodaq, dil və qırtlağın hərəkətini idarə edən beyin dalğaları oxuna bilir. 15 il öncə insult keçirərək iflic olan bir kişinin üzərində aparılan sınaqda beyin səthinin üzərinə elektrodlar implant edilib.
Kompüter həmin şəxsin deməyə çalışdığı sözləri analiz edərək, 50-dən artıq söz seçib və onların əsasında 1000-ə qədər cümlə qura bilib. “Necəsiniz?”, yaxud “Su içmək istəyirsinizmi?” kimi suallara xəstə beynində “Yaxşıyam, yaxud “Xeyr, su istəmirəm” kimi cavablar verib və bu sözlər 3-4 saniyə ərzində ekranda mətn şəklində əks olunub.
Hazırda üzərində təkmilləşdirmə işləri aparılan bu texnologiyanın yaxın gələcəkdə nitq qabiliyyətini itirmiş insanların ünsiyyəti üçün çox vacib vasitəyə çevriləcəyi realdır.
Bölməyə aid digər xəbərlər