14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
Pandemiya dünya iqtisadiyyatını iflic etdi, ona güclü zərbə vurdu. Bu da, öz növbəsində, şirkətlərin bağlanması ilə yanaşı, kiçilmiş bazarda güclü rəqabətə gətirib çıxardı. Bu çətinliklərin fonunda ayaqda qalmaq istəyən bizneslər üçün maliyyə planlaması və mühasibat uçotu ön plana çıxır.
Böhran dövründə planlama və uçot barəsində “Finance Group Accounting & Consulting” şirkətinin baş direktoru və həmtəsisçisi Şamil Qoçulu ilə söhbət etdik.
Şamil müəllim Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu, İqtisadiyyat Elmləri Doktoru, professor, 2 kitabın və bir çox məqalələrin müəllifidir, həmçinin uzun illər vergi orqanlarında çalışıb.
Şamil müəllim, necə oldu ki, konsaltinq şirkəti yaratmaq qərarına gəldiniz?
Şirkətdəki partnyorum Elnur Seyidov ilə vergi orqanlarında işləyən zaman böyük təcrübə toplamışdıq. Müəssisələrin uçotunda ciddi səhvlərlə qarşılaşırdıq və problemlərin nədə olduğunu asanlıqla aşkarladığımızı başa düşdük. Dost və tanışlarımız bizdən vaxtaşırı mühasibat uçotu ilə bağlı məsləhətlər istəyirdilər. Beləliklə, biliklərimizi bölüşmək üçün mühasibat-konsaltinq şirkəti yaratmaq qərarına gəldik.
2017-ci ildə “Finance Group Accounting & Consulting” şirkətini yaratdıq və 4 il ərzində yetəri qədər müştəri cəlb edə bildik. Onların arasında həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar var.
Məqsədimiz müştərilərimiz üçün mühasibat uçotunun aparılması və konsaltinq xidmətlərinin göstərilməsidir.
Mühasibat uçotunda ən vacib meyarlar hansılardır?
Müəssisəni yaradarkən hər bir sahibkar, ilk növbədə, iki mütəxəssis cəlb etməlidir: hüquqşünas və mühasib. Bu, biznesin əsasıdır, onun təməlidir. Əgər ilk addım olaraq müəssisədə doğru sənədləşmə və uçot aparılarsa, onun inkişafı və gələcək fəaliyyəti uğurlu olacaq.
Bu iki faktoru sonraya saxlamaq olmaz, çünki illər sonra bu gecikmə nizamnamə fondunun düzgün formalaşdırılmaması, mühasibatda yanlışlıqlar formasında ortaya çıxacaq. Ona görə təməli düzgün qoymaq vacibdir.
Təəssüf ki, bazarda yetəri qədər savadlı mühasib yoxdur. Təzə başlayanda biz də bu problemlə qarşılaşdıq. Ona görə ali məktəblərlə əməkdaşlıq edərək, gələcək kadrlarımızı özümüz yetişdiririk. Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Neft Akademiyasının tələbələri bizim şirkətdə təcrübə keçirlər. Gənclər bizim şirkətdə işləməkdən zövq aldıqlarını deyir və təhsillərini tamamladıqdan sonra əməkdaşımız olaraq qayıtmaq istəyini bildirirlər.
Nizamnamə fondu haqqında danışdınız. Müəssisə fəaliyyətinə yeni başlayarkən nizamnamə fondu nə qədər olmalıdır?
Əsasən MMC-lərin qeydiyyatı zamanı təsisçi nizamnamə fonduna 10 manat qoyur, ən “əliaçıqlar” isə 100 manat. Əslində bu gülünc bir haldır. Əlbəttə ki, belə kiçik məbləğlə müəssisə yaratmaq olmaz.
Müəssisə təsis edilərkən biznes plan, maliyyə planlamasında yaranan bütün xərclər nəzərə alınaraq nizamnamə fonduna daxil olmalıdır.
Sahibkarlar məsləhətçilərə müraciət etmədikləri üçün bu kimi primitiv səhvləri edirlər. Sonradan isə müəssisənin maliyyə ehtiyacını borc şəkilində rəsmiləşdirərək, onu geriyə götürməyə çalışırlar. Bu halda, lazım gələrsə, nizamnamə fonduna yatırılan məbləği məxaric etməyin mümkün olduğunu bilmək faydalı olardı. Bundan əlavə, nizamnamə fondu 100 manatla kifayətlənən müəssisə ciddi qəbul edilə bilməz.
Fikrimcə, bu qanunvericiliklə nizamlanmalıdır. Təəssüf ki, MMC yaratmaq üçün minimal məbləğ təyin olunmayıb. Qanunvericiliklə təyin olunan nizamnamə kapitalının minimal səviyyəsi yalnız Səhmdar Cəmiyyətlərinə şamil olunur.
MMC öz nizamnamə kapitalı və əmlakı ilə bağlı öhdəliklərinə cavabdehdir. Məsələn, tenderdə iştirak edən şirkətin nizamnamə kapitalı 50-100 manat olarsa, bu qeyri-ciddidir. Həmçinin banklara kredit üçün müraciət edərkən də bu sual yaranır. Vacib faktorlar siyahısına müəssisənin illik mənfəəti, büdcəyə ödədiyi verginin həcmi də daxildir. Belə ki, bu iki rəqəm MMC-yə olan etibarın mənbəyidir.
Təəssüf ki, çox vaxt yalnız müəssisənin dövriyyəsi vacib amil sayılır. Halbuki bəzən dövriyyə böyük olsa da, mənfəət az, hətta zərər də ola bilər. Alternativ olaraq, müəssisə dövriyyəsinin kiçik, lakin böyük marja ilə çalışdığı üçün mənfəətinin daha yüksək olması mümkündür. Bu tip müəssisələr daha etibarlı sayılır.
Müəssisənin dəyəri necə hesablanır? Yəqin, məsləhətçi olaraq bu xidməti də təklif edirsiniz.
Bəli, təklif edirik. Müəssisənin dəyəri bir çox faktora əsaslanaraq hesablanır. Nizamnamə kapitalı, aktivlər, əmlak, bazar payı və brendin dəyəri bu faktorlar sırasındadır. Biz hətta qeyri material dəyərləri də qiymətləndiririk. Bu praktikanın Azərbaycanda geniş yayılmamasına baxmayaraq, bizim şirkət insanın intellektual potensialını belə qiymətləndirə bilər.
Potensial müştəri niyə məhz sizə müraciət etməlidir?
Bu gün bazarda mühasibat sahəsində gözə çarpacaq qədər boşluq var. Bu isə “kölgə biznesin” mövcudluğu ilə mühasiblərin inkişafdan qalmasının nəticəsidir. Bundan əlavə, sahibkarlar səhlənkarlıq edərək mühasibata kifayət qədər diqqət yetirmirdilər.
Bizimlə əməkdaşlıq edən müəssisələrdə mühasibatla bağlı bütün işi öz üzərimizə götürürük. Bu yolla müəssisə rəhbəri bizneslə bağlı digər məsələlərə fokuslana bilir, çünki artıq mühasibat haqqında düşünmək məcburiyyətində deyil. Uçotla bağlı bütün öhdəliklər bizim üzərimizə düşür və sözsüz ki, fəaliyyətimizin nəticəsinə görə də məsuliyyəti biz daşıyırıq.
Hətta müqavilələrimizdə də göstərilir ki, gələcəkdə bizim fəaliyyətlə bağlı hər hansı bir problem yaranarsa onun həllini, cərimələri və digər öhdəlikləri öz üzərimizə götürürük. Sahibkar, yaxud müəssisənin rəhbəri artıq uçotla bağlı riskləri düşünməli olmur. Biz isə öz növbəmizdə bütün yarana biləcək problemləri öncədən aşkarlayıb aradan qaldırırıq.
Müştəri ilə olan razılığa əsasən ona aylıq analitika təqdim edirik. Bu hesabata gələcək zərərlərin qarşısını almaq, mənfəəti yüksəltmək üçün məsləhətlər də daxildir.
Sahibkarlara ilk məsləhətiniz nə olur?
İlk növbədə müəssisə fəaliyyətinin tamamilə leqal olmasıdır. Çünki, əməkdaşlıq etməyimiz üçün “ağ” mühasibatın olması ən vacib şərtimizdir. Bu həm də müəssisənin və sahibkarın imicinə birbaşa təsir edir.
“Kölgə” mühasibatlıq vergidən boyun qaçırmaq üçün istifadə olunur…
Bəzi sahibkarların mühasibatda səriştəsi olmadığı üçün, onlar vergidən qorxurlar. Əslində mühasibat uçotu doğru aparılarsa, vergi həcmini qanuni yollarla optimallaşdırmaq olar. Bunun üçün qanunları bilmək və sənədləşdirməni incə aparmaq kifayətdir.
Hər bir sahibkar qazancından büdcəyə vergi ödəməlidir. Çünki, bir çox sahələr büdcədən maliyyələşdirilir. Torpaqlarımızın azad olunması hər birimiz üçün sevinc və fərəh mənbəyidir. Məhz büdcəyə daxil olan vergi ödəmələri sayəsində Ordumuzu lazımi silah-sursatla təmin etmək mümkün oldu. Vergi ödəmək hər bir Azərbaycan vətəndaşının borcudur.
Şirkətiniz audit xidmətləri də təklif edir. Bunun sahibkar üçün xeyri nədir?
Qanunvericiliklə təyin olunub ki, MMC, səhmdar cəmiyyətlər, bələdiyyələr mütləq ilin nəticələrinə əsasən audit keçirməlidir.
Auditin bir çox üstünlükləri var, ən əsası isə sığortadır. Audit zamanı il ərzində uçotda baş vermiş səhvlər aşkar olunur və aradan qaldırılır. Məqsəd fəaliyyətdə olan yanlışlıqların, yarana biləcək uyğunsuzluqların qarşını almaqdır.
Kadrlar üzrə mütəxəssislərin az olması da problem yaradan amillərdən biridir. Aşkar olunmuş səhvlərin əksəriyyəti məhz kadrlar şöbəsində yaranır.
Digər tərəfdən, müəssisənin təsisçisi və rəhbəri fərqli şəxslər olduğu halda, audit hesabatı təsisçiyə MMC-nin fəaliyyəti haqqında müstəqil auditorların rəyini öyrənməyə imkan yaradır. Bu zaman təsisçi müəssisə haqqında tam və şəffaf məlumat ala bilir.
Bildiyiniz kimi, Azərbaycanda təsisçilər arasında olan narazılıq və mübahisələr geniş yayılıb. Sizcə, fəaliyyətiniz bu problemin aradan qaldırılmasına kömək edə bilərmi?
Bəli, belə hallarla da qarşılaşmışıq. Təsisçilər arasındakı konfliktləri həll etmək üçün audit keçirdik və onun nəticələri əsasında tərəflər razılığa gələ bildi.
Təəssüf ki, belə hallar ən pis halda faciə ilə, yaxud tərəflərdən birinin həbsi ilə də nəticələnə bilər. “Ağ” mühasibatın aparılması və audit yoxlamaları isə belə halların qarşısını alır.
Pandemiya dövründə müştərilərlə münasibətləri necə qura bildiniz?
Şirkətimizdə müasir texnologiya və lisenziyalı proqram təminatından istifadə edirik. Qabaqcıl kompüter avadanlıqları üzərində qurulan sistemimiz sayəsində pandemiya zamanı müştərilərimizlə distant əlaqə quruldu və karantin şəraitinin uçota heç bir təsiri olmadı. Xidmətlərimizdən faydalanan hər kəs şəbəkə vasitəsi ilə təhlükəsiz olaraq serverlərimizə öz məlumatlarını yükləyib, onları rahatlıqla nəzarət altında saxlaya bilirdi.
Əməkdaşlarımız iş yerinə gəlmədən, distant olaraq fəaliyyətlərini müvəffəqiyyətlə davam etdilər. Bu, bizə öhdəliklərimizi tam vaxtında yerinə yetirmək üçün imkan yaratdı və işimizin keyfiyyətinə heç bir mənfi təsir göstərmədi. Həm müştərilərimiz, həm də komanda üzvləri ilə video və audio konfranslar vasitəsilə müzakirələr aparırıq. Bu, sərt karantin şəraitinə riayət etməyə və eyni zamanda fəaliyyətimizi davam etdirməyə imkan yaradır.
Pandemiya sahibkarlara biznes strategiyanı və idarəetmə metodlarını dəyişməyə vadar etdi. Belə çətin anlarda onların mütəxəssis məsləhətlərinə ehtiyacları var. Biz öz təcrübəmizi və bacarığımızı məhz müştərilərimizin rifahına yönəldirik. Bazarda qalıb, inkişaf etmək istəyən hər bir sahibkara və müəssisəyə yardım etməyə hazırıq. Yetər ki, bizə müraciət etsin.
Bölməyə aid digər xəbərlər