Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Elza Seyidcahan: “Qadın ərinə xidmət etməlidir” - VİDEO

Baxış: 344
“Hər bir qadının ixtiyarıdır, bunu etiraf etmək də eyib deyil. Arzu edirəm ki, həyatda sevgini yaşayım. Onu deməkdən çəkinmərəm”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “7 canlı” proqramında deyib. 
Müğənni sevgi ilə bağlı etiraflar edib. Seyidcahan bildirib ki, aşiq olmaq istəyir:
“Allah hər birimizi yüksək yaradıb. Efirlər haqqımda süjet hazırlayır, bunlar mənə maraqsızdır. Efirdə kövrəlmək mənim üçün cılızdır. Böyük məhəbbət qarşısında sevgidən kövrələrəm. Uşaq olmuşam, ailə qurmuşam. Amma xoşbəxtəm ki, iki övladım var. Xasiyyətimiz, dünyagörüşümüz fərqli olsa da, ona hörmət edirdim. Qadın ərinə, kişi arvadına xidmət etməlidir. Bunu etmişəm də...
Hamı narahatdır ki, Elza niyə belədir? Vaxt gəlsə, həyatımda ciddi eşq yaşasam, onu efirdə deyəcəm. İstəyirəm olsun, bundan utanmıram”.
[video=]

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.