2022-ci ilin yanvar ayında Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 122 milyon 307 min manat cəlb edib.Sahibkartv.az Bakı Fond Birjasının statistikasına istinadən xəbər verir ki, dövlət istiqrazları üzrə yerləşdirmə 2021-ci ilin yanvar ayı ilə müqayisədə 2022-ci ilin yanvar ayında 24 milyon 173 min manat və ya 16,5% azalıb. 2021-ci ilin yanvar ayında Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 146 milyon 480 min manat cəlb etmişdi.
Diqqəti cəlb edən, dövlət istiqrazları üzrə repo əməliyyatların həcminin sürətlə artmasıdır. 2022-ci ilin yanvar ayında dövlət istiqrazları ilə repo əməliyyatları 2,1 dəfə artaraq 436 milyon 518 min manat təşkil edib. 2021-ci ilin yanvarında dövlət istiqrazları üzrə repo əməliyyatları 206 milyon 162 min manat təşkil etmişdi.




































