Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“ABB-İnvest İnvestisiya Şirkəti” aktiv fəaliyyətə keçib

Baxış: 384
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) bu ilin iyun ayında yaratdığı və oktyabrda Azərbaycan Mərkəzi Bankından lisenziya almış “ABB-İnvest İnvestisiya Şirkət” QSC ötən aydan aktiv fəaliyyətə keçib.
Maliyyə qurumu noyabrda təkrar səhm bazarında 10 980 manat dəyərində 1 əməliyyat aparıb.
“ABB-İnvest”in direktoru Nadir Babazadə açıqlamasında bildirib ki, investisiya şirkətinin yaradılmasında məqsəd təkcə ABB-nin səhmlərinin alqı-satqısında vasitəçilik etmək deyil:
“Biz rəqiblərimiz kimi həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərəcəyik. Buna nizamnamə kapitalımızın məbləği (300 min manat) imkan verir. Gələcəkdə bu rəqəm bir qədər artırıla da bilər. Ötənaykı əməliyyata gəlincə isə, bu, ABB-yə aid səhmlərlə bağlı deyil”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.