Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezidentdən problemli borcların əvəzində əldə edilən əmlaklar ilə bağlı Fərman Problemli borcların əvəzində əldə edilən əmlaklar yalnız “Azərbaycan Sənaye Korporasiyası” verilməyəcək

Baxış: 310
“Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı”ASC-dən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi əmlak “Azərbaycan Sənaye Korporasiyası” (ASK) ASC ilə bərabər dövlət orqanlarının və habelə qeyri-kommersiya hüquqi şəxslərin mülkiyyətinə də veriləcək.
Sahibkartv.az xəbər verir ki, bu gün Prezident İlham Əliyevin imzaladığı Fərman ilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında”  Fərmanda dəyişiklik edilib.
Fərmanın 7.5-ci bəndinə edilən dəyişikliyə görə, Nazirlər Kabinetinə, “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətinə (balansına) veriləcək əmlakın “ASK” ASC-nin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərin mülkiyyətinə (balansına, istifadəsinə) verilməsini təmin etmək tapşırılıb. 
Bundan öncə əmlaklar yalnız “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilirdi.
Fərmanın 11.1-ci bəndinə edələn dəyişikliyə görə, “Aqrarkredit” QSC, mülkiyyətindəki (balansındakı) əmlakın Fərmanın 7.5-ci bəndinə uyğun olaraq “ASK” ASC-nin, müvafiq dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərinin mülkiyyətinə (balansına, istifadəsinə) verilməsinin təmin olunması ilə bağlı tədbirlər görməlidir.
11.2-ci bəndə edilən dəyişikliyə görə, “Aqrarkredit” QSC, Fərmanın 2-ci hissəsinə və 7.5-ci bəndinə uyğun olaraq “ASK” ASC-nin, müvafiq dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərinin mülkiyyətinə (balansına), istifadəsinə verilən əmlakın bazar dəyəri ilə həmin əmlakın “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alındığı balans dəyəri arasında fərq yaranacağı təqdirdə, həmin fərqi “Aqrarkredit” QSC-nin mənfəət və ya zərərinə və ya digər məcmu gəlirinə aid edəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.