Bakı Metrosunda QR Kodlu Biletlər Tətbiqi yüksək səviyyədə işləyir
21:43 / 03-12-2024
Azərbaycan Məktəblərində İqlim Dəyişikliyi Üzrə Yeni Fənn Tətbiq Ediləcək
21:19 / 03-12-2024
Azərbaycanın Şimalında İlk Geotermal Elektrik Stansiyası Tikilir
20:45 / 03-12-2024
Azərbaycan Kənd Təsərrüfatında Dron Texnologiyasını Genişləndirir
20:21 / 03-12-2024
Bakıda İlk Ağıllı İşıqlandırma Sistemi Quraşdırılır
19:47 / 03-12-2024
Qobustanda Yeni Virtual Reallıq Muzeyi Açılacaq
19:23 / 03-12-2024
Bakı Beynəlxalq Avtovağzalında Yeni Servis Xidməti Açılır
18:51 / 03-12-2024
Azərbaycan Dəmir Yollarında "Yaşıl Qatar" Layihəsi Başlayır
18:20 / 03-12-2024
Müasir İncəsənət Parkı Tikilir
17:39 / 03-12-2024
Azərbaycanın Cənubunda Turizm Qəsəbəsi Yaradıla bilər
17:00 / 03-12-2024
Azərbaycanın İdman Arenaları Avropa Standartlarına Uyğun Modernləşdirilir
16:41 / 03-12-2024
Bələdiyyə üzvlərinin sayı məlum oldu
16:00 / 03-12-2024
Tramp hədələdi: 20 yanvaradək etməsələr, dəhşət yaşadacağam
15:30 / 03-12-2024
Azərbaycan Yeni Peyk Texnologiyası Hazırlayır
14:00 / 03-12-2024
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi istefa verib
13:39 / 03-12-2024
Zakir Fərəcov partlayış baş verən əraziyə getdi – FOTO
13:39 / 03-12-2024
Azərbaycanın İqtisadiyyatında "Smart Village" Layihəsi Genişlənir
13:16 / 03-12-2024
UEFA "Qarabağ" klubunu 26000 avro cərimələyib
13:02 / 03-12-2024
Sumqayıtdakı partlayışda axtarış-xilasetmə əməliyyatları yekunlaşıb
12:19 / 03-12-2024
Baş nazir rezidentura təhsili ilə bağlı qərar imzaladı
12:09 / 03-12-2024
Meyxanaçı Xəyyam Əhmədlinin dəfn yeri və vaxtı açıqlandı
12:05 / 03-12-2024
Partlayışa görə zərəri kim ödəyəcək? - AÇIQLAMA
12:01 / 03-12-2024
Zelenskidən Moskvaya üçhərfli mesaj - Kremlin reaksiyası
11:56 / 03-12-2024
İlham Əliyev Yəmənin Azərbaycandakı yeni səfirini qəbul edib
11:41 / 03-12-2024
Prezident El-Salvadorun yeni təyin olunmuş səfirini qəbul edib
11:17 / 03-12-2024
İlham Əliyev Mavritaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
11:13 / 03-12-2024
Azərbaycanda təyinat gözləyən yüksək vəzifələr - SİYAHI
11:08 / 03-12-2024
Sumqayıtda baş verən partlayışla bağlı BİRGƏ MƏLUMAT
11:03 / 03-12-2024
Mərkəzi Nəbatat Bağının İdarə Heyətinin sədri təyin edildi
10:45 / 03-12-2024
Türkiyə Azərbaycana yeni səfir təyin etdi
10:40 / 03-12-2024
Axtarışlardan sonra Həbib Nurməhəmmədovun məktəbi bağlanır
10:04 / 03-12-2024
Marin Le Pen 48 saat ərzində Fransa hökumətini devirə bilər
09:59 / 03-12-2024
Mərkəzi Bank: Depozitlərin 1-3 il arasında yerləşdirilməsi, uzunmüddətli kreditlərin verilməsini məhdudlaşdırır
Öhdəliklərin tərkibi və müddət strukturu uzunmüddətli aktivlərin yaradılmasını məhdudlaşdırır. Biznes və istehlak kreditlərinin əsas hissəsi 5 ilədək verilən kreditlər təşkil etdiyi halda, depozitlər isə əsasən 1-3 il arasında yerləşdirilmişdir.
Sahibkartv.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Maliyyə Sabitliyi hesabatında bildirilir.
Qeyd edilib ki, habelə, sektorun depozit portfelinin 60%-nin tələbli depozitlər hesabına formalaşması bankların iri həcmdə likvidlik saxlamasını şərtləndirməklə bankların uzunmüddətli dövrdə iqtisadiyyatı maliyyələşdirmə imkanlarını məhdudlaşdırır.
Bank sisteminin maliyyələşməsində hüquqi və fiziki şəxslərin depozit portfeli aparıcı rol oynamaqdadır. Ötən il ərzində sektorun depozit portfeli 25.1% (6.8 mlrd. manat) artaraq 33.8 mlrd. manat təşkil etmişdir. Depozit portfelinin həcmi bank sektorunun öhdəliklərinin 81.5%-i təşkil edir. Depozit portfelinin 66%-i hüquqi şəxslərin depozitləri (22.3 mlrd. manat), 34%-i isə fiziki şəxslərin depozit portfeli (11.5 mlrd. manat) təşkil edir. Sektorun depozit portfeli əsasən tələbli depozitlər hesabına formalaşmışdır (portfelin 74%-i). Bank sisteminin maliyyələşməsində tələbli depozitlərin yüksək payı sektorun iri həcmdə likvidlik buferi saxlamasını şərtləndirir.
Sektorun əsas maliyyələşmə mənbəyi kimi cari öhdəliklər, xüsusilə də hüquqi şəxslərin depozitləri çıxış edir. Hüquqi şəxslərin depozitlərinin öhdəliklərdə payı 53.8%-dir. Hesabat ili ərzində hüquqi şəxslərin depozitləri 24.4% (4.4 mlrd. manat) artaraq 22.3 mlrd. manat təşkil edib. Bu artımın əsas hissəsi tələbli depozitlərin artımı hesabınadır (3.85 mlrd. manat artım). Hüquqi şəxslərin depozitlərinin 88.4%-i (19.7 mlrd. manat) tələbli depozitlər hesabına formalaşmışdır. İri dövlət şirkətləri, həmçinin neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin depozitləri tələbli depozitlərin əsas hissəsini təşkil edir. Hüquqi şəxslərin tələbli depozitlərinin yüksək konsentrasiyası diqqətdə saxlanılır.
Banklarda fiziki şəxslərin depozit portfelində müsbət dinamika davam etməkdədir. Ötən il ərzində sektor üzrə fiziki şəxslərin depozit portfeli 27.1% (2.45 mlrd. manat) artaraq 11.5 mlrd. manat təşkil etmişdir (tarixi rekord göstərici). Fiziki şəxslərin depozit portfelinin 54%-i (6.2 mlrd. manat) müddətli depozitlər, 46%-i (5.3 mlrd. manat) tələbli depozitlər təşkil edir. Depozit portfelində artım əsasən fiziki şəxslərin tələbli depozitləri hesabına olmuşdur. Belə ki, il ərzində fiziki şəxslərin tələbli depozitləri 43% (1.6 mlrd.
manat), müddətli depozitləri isə 16% (0.9 mlrd. manat) artmışdır. İl ərzində fiziki şəxslərin nağdsız əməliyyatlarının yüksək dinamikası, o cümlədən debet kartları ilə əməliyyatların artımı tələbli depozitlərin artımını dəstəkləyən amil kimi çıxış etmişdir. Hazırda, fiziki şəxslərin depozitləri bankların öhdəliklərinin 27.7%-ni təşkil edir. 2021-ci illə müqayisədə xarici valyutada olan depozitlərin həcmində azalan trend davam etmişdir. Belə ki, il ərzində fiziki şəxslərin depozitlərinin dollarlaşma səviyyəsi 1.9 f.b. azalaraq 39.8% təşkil etmişdir. Fiziki şəxslərin müddətli depozitlərinin dollarlaşma səviyyəsində əhəmiyyətli azalma (il ərzində 5.6 f. b. azalaraq 39%-ə enib) müşahidə edilmişdir ki, bu da əhalinin maliyyə sisteminə və milli valyutaya inamının artması kimi qiymətləndirilə bilər.
Bank sektorunun öhdəliklərinin formalaşmasında qeyrirezidentlərin payı artır. Ötən illə müqayisədə bank sektorunun qeyrirezidentlər qarşısındakı öhdəlikləri 2.5 dəfə (1.5 mlrd. manat) artaraq 2.5 mlrd. manat təşkil etmişdir. Qeyrirezidentlər qarşısında öhdəliklərin cəmi öhdəliklərdə payı isə 3.1. f.b. artaraq 6.1%-ə yüksəlmişdir. Artım əsasən depozit portfeli (1.3 mlrd. manat) və Loro hesablar (0.2 mlrd. manat) üzrə olmuşdur. Qeyd edək ki, qeyri-rezidentlərin depozit portfelində payı 1.4%-dən 5%-ə yüksəlmişdir.
Kredit portfelinin artım trendi ötən ildə də davam etmişdir. 2022-ci ildə kredit portfeli 17.6% (2.9 mlrd. manat) artaraq 19.6 mlrd. manat təşkil etmişdir.
Bölməyə aid digər xəbərlər

Tarix: 31-03-2023, 13:35 Oxunub: 106
Bölməyə aid digər xəbərlər
31-03-2023, 13:35
Mərkəzi Bank: Depozitlərin 1-3 il arasında yerləşdirilməsi, uzunmüddətli kreditlərin verilməsini məhdudlaşdırır
31-03-2023, 14:00
Biznes kreditlərinin 50%-i mikro, kiçik və orta sahibkarlara verilib
27-03-2023, 13:23
ƏSF rəsmisi: "Bu günədək bağlanmış bankların əmanətçilərinə 1,5 milyard manat kompensasiya ödənilib"
15-03-2023, 14:02
IAzərbaycanda sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 5,7 mlrd manata çatıb
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
6-01-2023, 10:00
Azərbaycan bankları 2022-ci ildən necə çıxıb?
26-11-2022, 10:35
Azərbaycan bankları sahibkarlara uzunmüddətli kreditlər niyə vermir?
5-11-2022, 17:53
S&P: "Azərbaycanda bağlanan bankların SİF-ə 200 milyon manatdan çox kredit borcu var"
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
13-05-2022, 19:11
Gəncə sənayesində 185 milyon manatlıq istehsal - ŞƏHƏRİN SOSİAL-İQTİSADİ VƏZİYYƏTİ AÇIQLANDI
7-05-2022, 15:30
“Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildliyi işıq üzü görüb
13-04-2022, 08:59
“Top bizim tərəfdədir”
22-02-2022, 17:20
Müddətli əmanətlərin artım tempi "yüksək inflyasiya ilə" kəskin azalıb
28-01-2022, 18:51
Monetar siyasət iqtisadiyyatın dayanıqlılığının əsas faktorudur
24-09-2021, 22:50
Əhalinin müddətli əmanətlərində artım davam edib
23-09-2021, 20:11
Azərbaycanda əhali gündəlik xərclərini qarşılamaq üçün daha çox kredit almağa başlayıb
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO