Day, Month 00, Year
00: 00: 00 AM
Biosensorlarla Tibb Həlli

16:47 / 09-12-2024

Prezident fərman imzaladı

13:24 / 09-12-2024

Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA

Dünya əhalisinin sürətli artımı və sənayenin inkişafı qlobal enerji tələbatının artımını da şərtləndirir.
Sahibkartv.az-ın məlumatına görə, sürətlə sənayeləşən ölkələrdə gəlirlərin artması və rifah səviyyəsinin yüksəlməsi şəhər yaşayış sahələrinin daha da genişlənməsinə səbəb olur. Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozuna görə, dünya əhalisnin sayı 2017-2050-ci illər arasında təqribən 28 % artaraq 10 milyarda yaxınlaşacaq. Bu minvalla, 2040-cı ildə qlobal enerji tələbatının ən az 25 % artacağı proqnozlaşdırılır. Hazırda istehlak olunan enerjinin böyük bir hissəsi neft, qaz və kömür kimi karbohidrogenlərdən əldə edilir. Karbohidrogenlərin istehlakı nəticəsində yaranan karbon emissiyaları isə, dünyanı iqlim dəyişikliyi təhlükəsi ilə qarşı-qarşıya qoyur. Ancaq buna baxmayaraq, karbohidrogenlərin tükənəcəyi ehtimalı bu gün dünyanı narahat edən ən ümdə məsələlərdən biri kimi aktuallığını qoruyur.
Karbohidrogenlərin dünya enerji balansında rolu
Bitki və heyvanların çürüməsi nəticəsində yerin dərinliyində əmələ gələn və qazma üsulu ilə səthə çıxarılan karbohidrogen ehtiyatları dünyanın enerji ehtiyacının böyük bir hissəsini təmin edir. Sənaye İnqilabı ilə geniş istifadəyə başlanan kömür və daha sonra kəşf olunan neft/qaz kimi karbohidrogenlər bu gün dünyanın enerji təchizatının təqribən 84 %-ni qarşılayır. Belə ki, karbohidrogenlərdən əldə edilən enerji texnoloji, sosial və iqtisadi inkişafın əsas lokomotivi olaraq dəyərləndirilir.
Qrafik 1. Yanacaq növünə görə qlobal karbohidrogen istehlakı, (Teravat saat ilə)
Mənbə: bp Statistical Review of World Energy 2020
1950-ci ildən bəri təqribən səkkiz dəfə artan karbohidrogen istehlakı 1980-ci ildən etibarən cəmi iki dəfə artıb. Kömür ötən əsrin ortalarına qədər dünya enerji istehsalında hakim mövqeyə sahib olub. Ancaq bu tarixdən sonra neft və təbii qaz sərfiyyatının artması kömürün əhəmiyyətini bir qədər azaldıb. 1973-cü il neft böhranı və 1980-1988-ci illər arasındakı İran-İraq müharibəsi neft və təbii qaz istehlakının artım tempini bir qədər azaldıb. Böhrandan sonra neft qiymətlərinin kəskin artması dünya dövlətlərini alternativ enerji mənbələrinə, habelə səmərəli enerji texnologiyalarına yönəldib. Lakin son 10 ildə həm neft, həm də təbii qaz istehlakında əhəmiyyətli artım müşahidə edilib.
Qrafik 2. İllər üzrə qlobal karbohidrogen hasilatı
Mənbə: bp Statistical Review of World Energy 2020
İstehlakın artımını şərtləndirən ən böyük faktorlardan biri dünya əhalisinin kəskin artmasıdır. Belə ki, son 20 ildə dünya əhalisinin sayında 1,7 milyard nəfər artım qeydə alınıb. Əhali sayının artımı və dünya iqtisadiyyatının sürətli inkişafı, öz növbəsində, nəqliyyat vasitələrinin sayını əhəmiyyətli dərəcədə artırıb. Təkcə son 10 ildə qlobal avtomobil parkının sayı 500 milyon artıb. Bu isə, öz növbəsində, neftə olan tələbatın ildən-ilə artımı ilə nəticələnib. Beləliklə, 2019-cu ildə qlobal miqyasda ən çox istehsal edilən karbohidrogen neft olub. Bu gün dünyanın bir çox yerlərində kömür istehlakı azalsa da, neft və təbii qaz istehlakı hələ də artır və dünyanın enerji ehtiyacının böyük bir hissəsi bu iki enerji mənbəyindən meydana gəlir.
Qrafik 3. Qlobal karbohidrogen istehlakı
Mənbə: bp Statistical Review of World Energy 2020
Yuxarıdakı qrafikdən də göründüyü kimi, dünyanın ən güclü ikinci iqtisadiyyatına və ən çox əhalisinə malik olan Çin dünyada karbohidrogen istehlakına görə birinci yerdə qərarlaşır. Regional miqyasda isə, istehlakın daha çox Asiya və Şimali Amerikada cəmləşdiyi görünməkdədir. Ən az karbohidrogen istehlak edən ərazilər isə Cənubi Amerika və Skandinaviya ölkələridir. Nəzərə alsaq ki, bu gün qlobal enerji istehlakının 84 %-i karbohidrogenlərdən meydana gəlir, gələcəkdə bu ehtiyatların tükənmə ehtimalı dünya ölkələrini dərindən narahat edir. Çünki enerji ölkələrin dayanıqlı iqtisadi inkişafının əsas predmetini təşkil edir. Bu səbəbdən, gələcəkdə dayanıqlı enerji təchizatının təmin edilməsi üçün alternativ enerji mənbələrinə ehtiyac artır. Bəs, karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? Bu suala cavab vermək üçün, ilk növbədə, dünyadakı karbohidrogen ehtiyatlarının mövcud səviyyəsinə baxmaqda fayda var. BP-nin hesabatına əsasən, dünya üzrə təsdiqlənmiş neft ehtiyatlarının ümumi həcmi 2019-cu ildə 2 milyard barel azalaraq 1 trilyon 734 milyard barelə düşüb. Qlobal təbii qaz ehtiyatlarının ümumi həcmi isə 198,8 trilyon kubmetr təşkil edib ki, bu 2018-ci ilin göstəricisi ilə müqayisədə 1,7 trilyon kubmetr çoxdur.
Analitiklərin hesablamalarına görə, alternativ enerji mənbələri inkişaf etdirilməzsə, bəşəriyyət 200 ildən sonra karbohidrogensiz qala bilər. Belə ki, neft ehtiyatlarının 46-50 ilə, təbii qaz ehtiyatlarının 63-119 ilə, kömür ehtiyatlarının isə 119-176 ilə tükənəcəyi proqnozlaşdırılır. BP və “HSBC Bank”ın məlumatlarına görə, dünya əhalisinin artması, habelə inkişaf etməkdə olan ölkələrdə gəlir səviyyəsinin yüksəlməsi qlobal avtomobil parkının əhəmiyyətli dərəcədə artımını şərtləndirib.
Qeyd edək ki, enerjiyə ehtiyacın ildən-ilə artdığı bir dövrdə, artıq bir sıra qlobal neft şirkətlərinin enerji ehtiyatlarında əhəmiyyətli azalma müşahidə edilir. “OilPrice”ın məlumatına görə, yaxın illərdə beynəlxalq neft şirkətlərinin (BNŞ) ehtiyatları azalmağa davam edərsə, qlobal neft bazarlarındakı güc strukturu böyük dəyişikliklərə məruz qala bilər. “Citibank”ın proqnozuna görə gələcəkdə “Total”, BP, “Chevron”, ENI, “ConocoPhillips”, “ExxonMobil”, “Repsol”, “Equinor” və “Shell” kimi transmilli neft şirkətlərinin neft/qaz ehtiyatları, habelə hasilatı əhəmiyyətli dərəcədə azalacaq.
Qrafik 4. Shell şirkətinin neft/qaz ehtiyatları

Qrafik 5. “ExxonMobil” şirkətinin neft/qaz ehtiyatları
Mənbə: OilPrice

Sözügedən şirkətlərin ümumi ehtiyatları son 5 ildə 25 % azalıb və yeni yataqlar kəşf edilmədiyi təqdirdə bu ehtiyatlar bundan sonra təxminən 10 il müddətində istismar edilə bilər. Bu müddət “Total”, BP, “Chevron”, ENI, “ConocoPhillips” və “ExxonMobil” şirkətlərində 10,5 il, “Repsol”, “Equinor” və “Shell” kimi şirkətlərdə isə 8 il davam edəcək. “Rystad Energy” şirkəti də bu faktı təsdiqləyir. Belə ki, neft nəhəngləri (“ExxonMobil”, BP, “Shell”, “Chevron”, “Total” və ENI) adlandırılan böyük şirkətlər qrupunun təsdiqlənmiş neft və qaz ehtiyatları azalan templə davam edir, çünki istismar olunan həcmlər tam olaraq yeni kəşflərlə əvəz olunmur. Belə ki, bu şirkətlərin əksəriyyəti son dövrlərdə neft-qaz sahələrində axtarış və kəşfiyyat əməliyyatlarını azaldaraq, bunun yerinə enerji səmərəliliyi, habelə alternativ enerji layihələrinə investisiyaları artırır. Artıq BP 2050-ci ilə qədər karbon emissiyasını sıfıra endirəcəyini hədəf olaraq götürdüyünü bəyan edib.

Qrafik 6. Böyük neft şirkətlərinin təsdiqlənmiş ehtiyatları (milyard barrel neft ekvivalenti)
Mənbə: Oil&Gas Journal
Beləliklə, neft nəhənglərinin təsdiq olunmuş ehtiyatları 2020-ci ildə 13 milyard barrel azalıb. 2020-ci ildə “ExxonMobil”in təsdiqlənmiş ehtiyatları 7 milyard barrel və ya 2019-cu ilə müqayisədə 30 % azalıb. Belə ki, şirkətin Kanadadakı təsdiq olunmuş ehtiyatları 4,8 milyard barrelden 900 mln barelə düşüb. “ExxonMobil”in təsdiqlənmiş qaz ehtiyatları isə keçən il 254 milyard kubmetr azalıb.
“Shell”in 2020-ci ildə təsdiqlənmiş ehtiyatları 20 % azalaraq 9 milyard barelə düşüb. Baxmayaraq ki, “Chevron” şirkəti “Noble Energy” şirkətini alaraq ehtiyatlarına 2 milyard barrel əlavə edib, bu şirkətin ümumi ehtiyatlarında da azalma müşahidə edilib. Eyni şəkildə, BP-nin təsdiqlənmiş ümumi ehtiyatları 2020-ci ildə 1 milyard barrel azalıb.
Neft ehtiyatlarının tükənmə riskinə qarşı alternativ yollar axtarmaqla, sektor nümayəndələri, ekspertlər, Avropa Komissiyası və digər təşkilatlar əsas diqqəti neftə uzunmüddətli alternativ tapmaq ehtiyacına yönəldir. Artıq bir sıra enerji şirkətləri yaranmış vəziyyəti düzgün şəkildə dəyərləndirməyə çalışır. Belə ki, bp və “Shell” başda olmaqla, Avropanın bir neçə neft şirkətləri artıq fəaliyyət istiqamətlərini dəyişdirərərək “Amazon” və “Microsoft” kimi böyük korporativ alıcılara elektrik enerjisi təmin etmək məqsədilə külək və günəş enerjisi layihələrinə qoşulurlar. Artıq bir sıra transmilli neft şirkətləri maliyyə dayanıqlılığını gücləndirmək və gəlirlərini optimallaşdırmaq məqsədilə karbohidrogen mənbələrindən asılılığı azaldır və bərpa olunan enerji mənbələrinə investisiyalarını əhəmiyyətli dərəcədə artırır. Çünki, neft/qaz sahələrinin sürətli inkişafını təmin edən əsas faktorlardan biri də, uzunillər maliyyə quruluşlarından əlverişli şərtlərlə uzunmüddətli kreditlərin cəlb edilməsi idi. Artıq ABŞ başda olmaqla, Avropa ölkələrində maliyyə quruluşları neft sahələrinə kredit ayırmaqda əvvəlki qədər istəkli deyil. Bu isə, öz növbəsində, ABŞ-da şist neft hasil edən bir çox şirkəti maliyyə böhranı ilə qarşı-qarşıya qoyub. Karbohidrogen resurslarından fərqli olaraq, hazırda enerji səmərəliliyi və altertativ enerji layihələrinə asanlıqla uzunmüddətli kreditlər təmin etmək mümkündür.
Dəyişən trendlər
Beynəlxalq Enerji Agentliyinin (İEA) məlumatına görə, 2050-ci ilədək sıfır emissiya hədəfinə çatma hazırda ən ümdə məsələlərdən biridir. Hesabatda bərpa olunan enerji inkişafının sürətlənməsi açıq şəkildə təşviq olunur. Bundan öncəki hesabatlarında BEA karbohidrogenlərin hələ uzun müddət qlobal enerji istehlakında əsas rol oynayacağını, kömürun isə ən ucuz mənbə olmağa davam etdiyi təqdirdə elektrik enerjisi istehsalında əsas mənbə rolunu oynayacağını qeyd edirdi. Hazırda isə bərpa olunan enerji mənbələrindən, xüsusilə, günəş enerjisindən karbohidrogenlərlə müqayisədə daha ucuz elektrik enerjisi əldə edildiyinə görə, BEA “yaşıl” enerjiyə keçidi daha əlverişli hesab edir. Eyni zamanda, bərpa olunan enerji mənbələrindən daha çox enerji istehsal etmək mümkündür və ekoloji cəhətdən ən təmiz enerjidir. Belə ki, karbohidrogen tullantılarının qlobal istiləşmə və iqlim dəyişikliyinə təsir etməsi danılmaz faktdır. Çünki bu yanacaqların buraxdığı yüksək karbon emissiyaları və istixana qazları ekosistemə böyük ziyan vurur. Belə ki, qlobal istixana qazı emissiyalarının dörddə üçü karbohidrogen enerji mənbələrindən qaynaqlanır.
İEA hesab edir ki, qlobal iqlim hədəflərinə çatmağın ən qısa yollarından biri təsdiqlənmiş karbohidrogen ehtiyatlarının tükənməsini gözləmədən, ən az 2/3 hissəsini olduğu kimi saxlamaqdır. Çünki dünyada mövcud olan bütün karbohidrogenlər yandırılarsa, atmosferə ümumilikdə təqribən 750 milyard ton karbon atılmış olacaq. Ancaq bu hədəf o qədər də real görünmür. Bu gün neft yanacaq sektorundan əlavə olaraq, neft-kimya sektorunda geniş bir şəkildə istifadə edilir. Digər tərəfdən, neft qlobal əmtəə olduğuna görə, neft bazarlarında baş verən hadisələr bir başa qlobal ticarətə təsir göstərir. Bununla yanaşı, neft sektoru bu gün qlobal miqyasda milyonlarla insana məşğulluq yaradır. Bu səbəbdən, karbohidrogenlərin istifadəsi 2050-ci ilə qədər azaldılsa da, sözügedən ehtiyatlardan yenə də istifadə edilməyə davam ediləcək. Lakin, bərpa olunan enerji mənbələrinin elektrik enerjisinin istehlakında karbohidrogenləri əvəz etməsi iqlim dəyişikliyi üçün vacib məsələlərdən biri kimi aktuallığını qoruyur. Gələcəkdə alternativ enerji mənbələri enerjinin istehsalında yeganə mənbə olsa belə, karbohidrogen ehtiyatlarının istehlakından tamamilə imtina etmək qeyri-mümkün görünür. Belə ki, günəş panelləri və külək turbinlərinin hazırlanmasında neft məhsullarına ehtiyac yaranır.
Qeyd edək ki, günəş enerjisini elektrik enerjisinə çevirən fotoelementlər əsasən etilen qatları arasında yerləşdirilir. Külək turbinlərinin qanadlarının və digər hissələrin istehsalında da etilendən hazırlanan müxtəlif növ rezinlərdən istifadə edilir.
Nəticə olaraq, karbohidrogen ehtiyatlarının tam olaraq nə vaxt tükənəcəyi ilə bağlı müxtəlif proqnozlar verilsə də, onların, nəhayət, bir gün tükənəcəyi danılmaz bir faktdır. Bu səbəbdən, alternativ enerji mənbələrinin mövcudluğu dayanıqlı enerji təchizatının təmin edilməsi, habelə qlobal istiləşmə və iqlim dəyişikliyinin qarşısının alınması baxımından günümüzün əsas çağırışlardan biridir.

Tarix: 24-06-2021, 15:55 Oxunub: 382

Bölməyə aid digər xəbərlər