Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

IAzərbaycanda sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 5,7 mlrd manata çatıb

Baxış: 319


Azərbaycanda sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 5,7 mlrd manata çatıb
Bu il yanvarın 1-nə Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (MKOS) verilən kreditlərin həcmi 2022-ci ilin əvvəli ilə müqayisədə 28 % artaraq 5,7 milyardmanata çatıb.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi” hesabatında bildirilib.
Hesabata görə, nəticədə, MKOS-lara verilmiş kreditlərin bankların və digər kredit təşkilatların biznes portfelində payı 50 %-i ötüb. "Müsbət artım tempinə səbəb olan amillərdən biri MKOS-lar üzrə standartların yumşaldılmasıdır", - hesabatda deyilir.
AMB bildirir ki, MKOS subyektlərinin kreditləşməsində bankların öz vəsaitlərinin payı artmaqdadır. Son illərdə bankların öz vəsaitləri hesabına MKOS subyektlərinin maliyyələşməsində aktiv iştirakı müşahidə edilir. Belə ki, 2022-ci ilin əvvəlindən etibarən bankların öz vəsaiti hesabına verilmiş kreditlərin həcmi 35 % (1,3 milyardmanat) artaraq 5 milyard manata çatıb. Nəticədə, bankların öz vəsaiti hesabına MKOS subyektlərinə verilmiş kreditlərinin biznes portfelində xüsusi çəkisi 5 faiz bəndi artaraq 89 % olub.
MKOS-ların maarifləndirmə imkanlarının təşviqi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi ilə bağlı fəaliyyət istiqamətləri “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.