Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dünyanın müxtəlif ölkələrindən "Qarabağ"a sürpriz

Baxış: 127
Dünyanın müxtəlif ölkələrindən "Qarabağ"a sürpriz


Dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyənin fərqli ərazilərində yaşayan “Qarabağ”ın azarkeşləri baş məşqçi Qurban Qurbanova sürpriz video hazırlayıblar.

Bu barədə “Z spor” məlumat yayıb.

Videoda İran, İngiltərə, Qazaxıstan, Türkiyə, Almaniya, Türkmənistan, Belçikadan olan futbolsevərlər çıxış edib. 

“Bu böyük oyundan əvvəl (“Qarabağ”- “Atletik” qarşılaşması) sizə sürpriz hazırladıq" deyən gənc müxtəlif şəhər və ölkələrdən “Qarabağ”a dəstək üçün hazırladıqları çarxı Q.Qurbanova izlədib.

Video “Bütün türklərin ortaq qüruru “Qarabağ” başlığı ilə paylaşılıb və 1 sutkadan az bir müddətdə 600 minə yaxın baxış toplayıb.

Görüntülərə Q.Qurbanovun sevinclə baxması diqqətdən qaçmayıb.

Qeyd edək ki, bu gün UEFA Çempionlar Liqası çərçivəsində Bakı vaxtı ilə saat 20:45-də İspaniyada "Atletik" - "Qarabağ" qarşılaşması olacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.