Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Son xəbər: Beşiktaşda ayrılıq açıqlandı

Baxış: 285
2024-2025-ci il mövsümündən əvvəl heyətini yenidən qurmağa davam edən "Beşiktaş" 27 yaşlı sağ cinah müdafiəçisi Valentin Rozier ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırdığını açıqlayıb. Klubdan verilən açıqlamada, "Peşəkar futbolçumuz Valentin Andre Anri Rozierlə müqaviləmiz qarşılıqlı razılaşma əsasında ləğv edilib" deyilir.

2020-2021 mövsümünün əvvəlində Portuqaliyanın "Siporting Lisbon" klubundan heyətə qatılan Rozier ağ-qara formada 126 matçda 6 qol vurub, 18 məhsuldar ötürmə edib. Fransız futbolçu bu müddətdə 6 qırmızı vərəqə alıb ki, bunun da 5-i ikinci sarı vərəqə ilə bağlı olub.

La Liqa komandalarından biri olan "Leqanes" fransız sağ cinah müdafiəçisini heyətinə qatdığını açıqlayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.