Ağadadaş Ağayevə hökm oxunub - YENİLƏNİB
Tarix: 6-03-2025, 13:57
/
Baxış: 588
Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.
Vəkil çıxışı zamanı məhkəmədən bəraət istəyib.
Dövlət ittihamçısı cinayət işinin sübuta yetirildiyini və bəraət hökmü üçün əsasın olmadığını bildirib.
Daha sonra təqsirləndirilən Ağadadaş Ağayev son söz deyib. O, vəkili ilə razılaşdığını qeyd edib.
Məhhəmə müşavirəyə gedib.
Müşavirədən sonra hökm oxunub.
Hökmə əsasən, Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, 1 il sınaq müddəti hesab edilməklə cəza şərti hesab olunub.
***
Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
APA xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunacaq.
Məhkəmə hökm elan etmək üçün müşavirəyə gedib.
Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilən Ağadadaş Ağayevin 2 il sınaq müddəti olmaqla 2 il müddətində şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi.
Qeyd edək ki, ötən ilin iyul ayında xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Ağadadaş Ağayev “Medera Hospital”ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib. Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb. Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edib.
Yanvarın 8-də Xalq artisti Ağadadaş Ağayevlə hospital, mühafizəçi və xadimə arasında barışıq əldə olunub.
Daha sonra Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı mülki iddiasına xitam verilməsi barədə qərar çıxarıb.
Digər xəbərlər
Xəbər lenti
12:41
28-04-2026
28-04-2026
12:37
28-04-2026
28-04-2026
12:18
28-04-2026
28-04-2026
12:14
28-04-2026
28-04-2026
12:10
28-04-2026
28-04-2026
11:00
28-04-2026
28-04-2026
10:54
28-04-2026
28-04-2026
10:51
28-04-2026
28-04-2026
10:48
28-04-2026
28-04-2026
09:45
28-04-2026
28-04-2026
09:30
28-04-2026
28-04-2026
09:26
28-04-2026
28-04-2026
09:23
28-04-2026
28-04-2026
09:19
28-04-2026
28-04-2026
09:00
28-04-2026
28-04-2026
22:11
27-04-2026
27-04-2026
21:48
27-04-2026
27-04-2026
21:18
27-04-2026
27-04-2026
20:43
27-04-2026
27-04-2026
20:33
27-04-2026
27-04-2026
20:16
27-04-2026
27-04-2026
19:44
27-04-2026
27-04-2026
19:34
27-04-2026
27-04-2026
19:14
27-04-2026
27-04-2026
18:51
27-04-2026
27-04-2026
18:31
27-04-2026
27-04-2026
18:21
27-04-2026
27-04-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Balıqçılıq kənd sahibkarlığının yeni istiqamətidir
27-04-2026 22:11
/
117
2026-da balıqçılıq qlobal bazara çıxır
27-04-2026 21:48
/
117
Balıq yetişdiriciliyi ilə davamlı gəlir qurmaq
27-04-2026 21:18
/
108
Su məhsulları bazarında yeni imkanlar yaranır
27-04-2026 20:43
/
135
Balıqçılıqda planlı yanaşma gəliri artırır
27-04-2026 20:33
/
117
2026-da akvakultura biznesi sürətlə inkişaf edir
27-04-2026 20:16
/
126


































