
Sahibkartv.az xəbər verir ki, İsrail 2025-ci ildən genetik mühəndislik və toxumçuluq sahəsində çalışan startapları dəstəkləmək üçün "Seed Innovation Fund" adlı xüsusi investisiya fondu təsis edib.
Fondun əsas məqsədi kənd təsərrüfatında məhsuldarlığı artıran, iqlim dəyişikliklərinə davamlı və yeni genetik toxum sortları hazırlayan layihələrin inkişafına maliyyə dəstəyi verməkdir. Layihəyə əsasən, genetik toxumçuluq və biotexnologiyalar sahəsində fəaliyyət göstərən startaplar 1 milyon dollara qədər investisiya və elmi-tədqiqat resurslarına çıxış imkanı əldə edəcək.
Bundan əlavə, fond startaplara beynəlxalq bazara çıxış, tədqiqat mərkəzləri ilə əməkdaşlıq və qanunvericilik sahəsində də dəstək verəcək. İsrail hökuməti bildirib ki, bu proqram ölkənin aqrar sektorunda innovasiyaları gücləndirəcək və qlobal ərzaq təhlükəsizliyinə töhfə verəcək.





































