
Baş nazir Benyamin Netanyahu İsrail kəşfiyyatının İranın parlament seçkilərinə müdaxilə planlarını aşkarladığını açıqlayıb.
"Jerusalem Post" qəzetinə verdiyi müsahibədə Tehran müdaxilə etmək qərarına gələrsə, hərbi cavab veriləcəyi ilə hədələyib:
"Hərbi kəşfiyyatdan və Mossaddan İran və onun təmsilçilərinin seçkilərə təsir göstərməyin yollarını nəzərdən keçirdikləri barədə açıq xəbərdarlıqlarımız var. Əgər belə etsələr, bu, onlar üçün böyük bir səhv olacaq, çünki biz onların təsəvvür edə bilmədiyi güclə cavab verəcəyik".
Onun sözlərinə görə, İsrailin təhlükəsizliyi İran rejiminin gücünü bərpa etmək qabiliyyətindən asılıdır: "Təxminən bir il əvvəl İran bir neçə nüvə bombası istehsal etmək ərəfəsində idi. Əgər biz "Oyanan Aslan" və sonra "Nərildəyən Aslan" əməliyyatlarını başlatmasaydıq, bizi məhv etmək üçün nüvə bombalarına sahib olardılar".
İsraildə parlament seçkiləri oktyabrın 27-də keçiriləcək.







































