Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın doğum günüdür

Baxış: 483
Bu gün Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın doğum günüdür. 
Sahibkartv.az xəbər verir ki, bu münasibətlə Bakı Media Mərkəzi videoçarx hazırlayıb. 
Videoçarxda Arzu Əliyevanın keçdiyi həyat yolunu özündə əks etdirən görüntülər yer alıb. 
Paylaşıma  “Əgər bir qadın ağıllı, qərarlı və bacarıqlıdırsa, o bütün arzularını özü reallaşdıra bilər. Arzu xanımı gördükdə və tanıdıqda bir daha bu aforizmin doğruluğuna əmin olursan. Məqsədyönlü, cəsarətli və səmimi olan Arzu xanım Bakı Media Mərkəzinin hər bir əməkdaşının ilham mənbəyidir. Layihələrimizin uğurlu həyata keçirilməsində, yeni nailiyyətlər əldə olunmasında daima onun dəstəyini hiss etmişik. Bu gün Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevanın ad günüdür. Fürsətdən istifadə edərək, dəyərli Arzu xanıma Mərkəzimizin bütün kollektivi adından möhkəm cansağlığı, əmin-amanlıq və yeni uğurlar diləyirik!!” - şərhi yazılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.