Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şimşək, yağış, sel – FAKTİKİ HAVA

Baxış: 397
İyulun 12-si səhərədək ölkə ərazisində bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. 
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, düşən yağışın miqdarı Kişçayda (Şəki ) 51, Şəmkirdə 30, Sarıbaşda (Qax) 24, Mingəçevirdə 18, Zərdabda 12, Gəncədə 11, Daşkəsəndə 8, Tovuzda 7, Şəkidə 6, Şamaxıda 5, Ceyrançöl, Göy-göl, Zaqatala, Yevlax, Qazımməmməd, Lerikdə 4, Tərtər, Bərdə, Naftalan, Mərəzə, Qubada 3, Qrız, Ağstafa, Ordubad, Göyçay, Sabirabadda 2,  Kürdəmir, Xınalıq, Şahdağ, Gədəbəy, Qəbələ, Qusar, Xaltan, Bakıda 1 mm olub.
İyulun 11-i saat 18:20 - 19:47 radələrində Daşkəsən rayonu ərazisində yerləşən Dəstəfurçayın Qaraqollar və Əyriçayın Başdaşağıl məntəqələrindən leysan yağış nəticəsində sel keçib.
Havanın temperaturu iqlim normasından 1 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-32, aran rayonlarında 31-36, dağlıq rayonlarda 16-19, Naxçıvan MR-da 30-34 dərəcə isti olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.