Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Neftçi” TV üçün dörd aparıcı əməkdaşlığa cəlb olundu

Baxış: 303
“Neftçi” TV üçün 70-80 faiz əməkdaş yığılıb. Avadanlıqlarımız da test yayımı üçün hazırdır. Test yayımına başlayanda bu barədə məlumat yayacağıq”.
Bunu Oxu.Az-a “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.
O, telekanalın “İdman TV”dən şərhçi İsmayıl Abdullayevlə əməkdaşlıq edəcəyini bildirib:
“İsmayıl Abdullayev bizdə aparıcı kimi işləyəcək. Həmçinin, Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsində oxuyan üç oğlan tələbəni aparıcı kimi dəvət etmişik. Qız aparıcı da axtarırıq. Elə adam axtarırıq ki, tələbə və efirdə yeni sima olsun. Test yayımından sonra onlar arasından da seçim edib, hansı tələbəni saxlayacağımıza qərar verəcəyik”.
Qeyd edək ki, test yayımdan sonra “Neftçi”nin televiziyası “YouTube” üzərindən səkkiz saatlıq rejimdə fəaliyyət göstərəcək. Gələcəkdə isə bu televiziyanın peykə çıxması nəzərdə tutulub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.