“AI Karyera Kompası: Hansı Peşəyə Uyğun Olduğunu 5 Dəqiqəyə Tap”
18:20 / 19-04-2025
“Qan Analizi İlə Xroniki Xəstəliklərə 5 İl Əvvəl Diagnoz”
18:00 / 19-04-2025
“MicroExport: Kiçik Sahibkarlar Üçün 1 Kliklə Beynəlxalq Satış İmkanı”
17:49 / 19-04-2025
“AI Mühasib: Sahibkarın Hesabını Günbəgün Yoxlayan Yeni Platforma”
17:00 / 19-04-2025
“EduNeuron: Hər Şagird Üçün Fərdi Tədris Alqoritmi”
15:47 / 19-04-2025
“AI Kommentator Futbol Matçlarını Əsaslı Təhlillərlə Canlandırır”
15:21 / 19-04-2025
“Səsli Bankçılıq: Yeni Sistemlə Bank İşləri Sadəcə Danışaraq İcraya Keçir”
15:00 / 19-04-2025
“Tənəffüs Qurtarır: Yeni BioMasklar Ətraf Mühiti və Səhiyyəni Birləşdirir”
13:18 / 19-04-2025
“Plan&Play”: Sahibkarlıq planlaşdırması oyun formasında
13:00 / 19-04-2025
Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
11:47 / 19-04-2025
Daha bir qanunsuz tikili söküldü - Video
11:43 / 19-04-2025
Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
11:38 / 19-04-2025
Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
11:15 / 19-04-2025
Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
11:11 / 19-04-2025
Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
10:59 / 19-04-2025
Mövqelərimiz atəşə tutuldu
10:55 / 19-04-2025
"AI Bazarçınız": Evdən çıxmadan satış dövrü başlayır
22:12 / 18-04-2025
“BiznesEmos”: Emosional vəziyyətə uyğun idarəetmə modelinə keçid
21:48 / 18-04-2025
“StartupRebirth”: Uğursuzluq yaşamış ideyalara ikinci həyat
21:23 / 18-04-2025
Bakıda dərman zavodu işə salındı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib.
Sahibkartv.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Diamed Development Group” MMC-nin təsisçisi Aytən Quliyevadövlətimizin başçısına görülən işlər barədə məlumat veriblər.
Əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkı da yaradılıb. Bu günədək Parkda 6 müəssisə rezident kimi qeydiyyatdan keçib. Onlardan “R-Pharm” MMC və “Diamed Co” MMC artıq fəaliyyətə başlayıb.Rezidentlər tərəfindən 36,6 milyon manatdan çox investisiya yatırılıb, 130-dan çox iş yeri yaradılıb. Növbəti mərhələdə 30 milyon manat investisiyanın qoyulması və daha 250-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Bu Sənaye Parkının rezidentləri tərəfindən indiyədək 37 milyon manatlıq məhsul istehsal olunub.
“Diamed Development Group” MMC-nin Pirallahı rayonunda yaradılan dərman zavodudur. Bir hektar ərazisi olan zavod 3 min kvadratmetr qapalı sahədən ibarətdir.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC bu dərman zavodunun tikintisinin maliyyələşdirilməsində də iştirak edib. Ümumi dəyəri 15,6 milyon manatdan çox olan “Diamed” dərman zavodunda “Azərbaycan İnvestisiya Şirkəti”nin payı 20 faizdir.
Bu müəssisəyə dövlət tərəfindən digər dəstək tədbirləri də göstərilib. Belə ki, layihənin reallaşması üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 6 milyon manat güzəştli kredit verilib. Sahibkarlığın inkişafına digər bir dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi sayəsində müəssisə idxal etdiyi avadanlıqlara görə 1,3 milyon manat güzəşt əldə edib.
Prezident İlham Əliyev zavodu işə salıb.
İstehsal prosesi ilə yaxından tanış olan Azərbaycan Prezidentinə məlumat verilib ki, zavodda müxtəlif adlarda, geniş çeşiddə (NaCl 0,9 faiz; Ringer; Ringer laktat; Qlükoza və s.) və müxtəlif həcmlərdə (100 ml, 200 ml, 250 ml, 400 ml, 500 ml) həyati vacib və zəruri venadaxili dərman məhlulları istehsal olunacaq.
Müəssisənin illik istehsal gücü 20 milyon litrdir.
Qeyd olunub ki, ölkəmizin bu dərmanlara olan illik tələbatı isə təxminən 15 milyon litrdir. Beləliklə, müəssisədə istehsal edilən məhsulların yerli bazarın tələbatını ödəməsi ilə yanaşı, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixracı da nəzərdə tutulur.
“Diamed” dərman zavodunda 100 iş yeri yaradılıb. Müəssisənin layihəsi İsveçrə şirkəti tərəfindən Qabaqcıl İstehsal Təcrübəsinə (GMP), istehsal xətti isə Avropa Farmakopeyasına uyğun olaraq hazırlanıb. Yüksək texnologiya və tam qapalı sistemlə təchiz edilmiş zavodun istehsal avadanlıqları İtaliya, ABŞ, Almaniya, İsrail kimi ölkələrdən alınıb. İstehsal olunan məhsullar zavoda məxsus müasir laboratoriyada Avropa Farmakopeyasının tələblərinə uyğun mütəmadi olaraq yoxlanılır.

Bölməyə aid digər xəbərlər

Tarix: 15-08-2023, 14:08 Oxunub: 221
Bölməyə aid digər xəbərlər
11-08-2023, 16:21
Cənubi Qafqazın ən böyük sənaye parkının məhsulları 60-a yaxın ölkəyə ixrac edilib
17-06-2023, 15:31
3 hektarda servis mərkəzi yaradılıb - hab rolunu oynayacaq, 1500-dək avtomobilə xidmət göstəriləcək
20-06-2023, 11:23
Dövlət reyestrinə daxil edilməyən dərmanların satışı qadağan olunur
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
12-10-2022, 15:00
Ağdam Sənaye Parkının rezidentləri tikinti işlərinə başlayıb
28-07-2022, 18:45
Azərbaycandakı iqtisadi mühit xarici investisiya cəlbediciliyini artırır
21-07-2022, 16:30
İnzibati Prosessual Məcəlləyə yeni fəsil əlavə edilib
18-04-2022, 18:27
Azərbaycan iqtisadiyyatı 2022-ci ildə: Önləyici kurs
24-03-2022, 13:52
Ağdam Sənaye Parkında işlər hansı mərhələdədir? - AÇIQLAMA
18-01-2022, 13:58
İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO
2-11-2021, 16:32
Amnistiya kimlərə şamil olunacaq? – SİYAHI
11-08-2021, 15:01
Ağdam sənayə parkı Qarabağ regionunun bərpasını sürətləndirəcək – TƏHLİL
8-07-2021, 21:38
İranlı sahibkar Azərbaycanda kartof fri və çipsi istehsal edəcək - MÜƏSSİSƏNİN TƏMƏLİ QOYULDU
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO