Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İki özəl klinika jurnalistlərə güzəştli xidmətlər göstərəcək - MEDİA İLƏ ANLAŞMA

Baxış: 312



İki özəl klinika jurnalistlərə güzəştli xidmətlər göstərəcək - MEDİA İLƏ ANLAŞMA 


Bakıda fəaliyyət göstərən “Caspian International Hospital” və “Badam Medical Center”də Media Reyestrinə daxil edilmiş jurnalistlər və onların ailə üzvlərinə güzəştli xidmət göstəriləcək.
Güzəştlər bu tibb müəssisələri ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) arasında bu günlərdə imzalanmış anlaşma memorandumlarına əsasən tətbiq olunacaq.

Anlaşmaya əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlər 2023-cü ilin avqust ayının 1-dən etibarən jurnalist vəsiqəsini təqdim etməklə, “Badam” və “Caspian” klinikalarında göstərilən bütün tibbi xidmətlərdən güzəştlə yararlana biləcəklər. Bundan başqa, klinikalarda jurnalistlər üçün vaxtaşırı əlavə kampaniyalar olacaq, onlar üçün hazırlanmış xüsusi paketlər təqdim ediləcək, “check-up” müayinələr keçiriləcək.
Xatırladaq ki, hər iki tibb müəssisəsində “Cərrahiyə”, “Oftalmologiya”, “Terapiya”, “Diaqnostika” və “Laboratoriya” şöbələri fəaliyyət göstərir ki, bu şöbələrdə ümumilikdə əllidən artıq xidmət sahəsi mövcuddur. Memorandumlar əsasında ediləcək güzəştlər bütün şöbələri əhatə edəcək.
Odur ki, qeyd olunan jurnalistlər və onların ailə üzvləri hər iki tibb ocağında müraciət etdikləri xidmət sahəsi üzrə güzəştlərdən rahatlıqla yararlana biləcəklər.

Caspian International HospitalBadam Medical CenterMEDİA

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.